Icma.az
close
up
RU
Paşinyanın iştahası böyükdür, amma heç cür alınmayacaq AÇIQLAMA

Paşinyanın iştahası böyükdür, amma heç cür alınmayacaq AÇIQLAMA

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda müharibə ab-havasının hökm sürməsi məqsədli həyata keçirilən siyasətin bir parçasıdır


Azərbaycanla sərhəddə vəziyyət nisbətən sabitdir. Bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan parlamentdə jurnalistlərə açıqlamasında deyib: “Bəzən hədəfsiz, istiqamətsiz atışma baş verir, azdır, amma atışma var” - Sərkisyan bildirib.

Onun sözlərinə görə, hazırda heç bir hərəkətlilik yoxdur:


“Əgər belə bir problem yaranarsa, o zaman Müdafiə Nazirliyi təhlükəsizliyi təşkil edəcək. Əgər rəsmi məlumat etibarlı deyilsə, videoya inanmaq fikrindəsinizsə, o zaman bunu məndən soruşmamalısınız”.

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında atəşkəsin pozulması mütəmadi hal alıb. Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edir. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun şərti sərhəddə atəşkəsi pozduğu barədə az qala hər gün açıqlama yaysa da, qarşı tərəf israrla bunu təkzib edir və ya “havaya atəş açılıb” deyə, “izah etməyə” çalışır.

Ancaq şərti sərhəd istiqamətində yaşayan ermənilər sosial şəbəkələrdə baş verənləri yazdıqdan, videolarını paylaşdıqdan sonra Ermənistan məcbur olub atəşkəsin pozulmasını etiraf etib.


Regiondakı prosesləri dəyərləndirən araşdırmaçı jurnalist Asəf Quliyevin “Sherg.az”a açıqlamasına görə, son vaxtlar Ermənistan cəmiyyətində ən çox müzakirə olunan mövzu Azərbaycanın Zəngəzur dəhlizini açmaq istəyi ilə bağlıdır:

  “Müəyyən dairələr sanki Ermənistanda bir xof yaratmağa çalışırlar ki, Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla açmağa cəhd edə bilər. Halbuki bu, əsassız ittihamdır. Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiası irəli sürmür və ərazilərin qarşılıqlı tanınması prinsipinə söykənərək öz siyasətini aparır. 

Ermənistanda müharibə ab-havasının hökm sürməsi isə məqsədli həyata keçirilən siyasətin bir parçasıdır. Ermənistan hökuməti qərbdən daha çox hərbi və maddi dəstək almaq üçün bilərəkdən bu məsələni qabardır. Ermənistan qoşunlarının Azərbaycan ordusunun mövqelərini mütəmadi olaraq atəşə tutması da məhz bu amillərlə bağlıdır. 

Atəşkəs pozulması ilə yanaşı Ermənistan tərəfinin şərti sərhəd istiqamətinə qoşunlar cəmləşdirməsi, müdafiə xətlərini gücləndirməsi, kəşfiyyat xarakterli addımlar atması da cəmiyyətdə toqquşma olacağına dair narahatlıq yaratmağa hesablanan əsassız manevrləridir. Paşinyan hökuməti bu kimi addımlarla sülh müqaviləsinin daha sərfəli şərtlərlə bağlanmasına nail olmaq istəyir. Lakin onlar bir şeyi unudurlar ki, indiki reallıqda  Ermənistanın sülh şərtlərini diktə etmək imkanı və gücü yoxdur. Cənubi Qafqaz regionunda şərtləri məhz Azərbaycan dövləti diktə edir və sülh müqaviləsi məhz bizim istədiyimiz şərtlərlə bağlanacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2025 05:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri