Icma.az
close
up
RU
Paşinyanın manevr imkanları TÜKƏNİB

Paşinyanın manevr imkanları TÜKƏNİB

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu yoxdur”. 

Bu sözləri politoloq Natiq Miri “Cümhuriyət”-ə açıqlamasında deyib.

O bildirib ki, artıq Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh prosesini pozmaq üçün hansısa manevr imkanları qalmayıb: 

“Ortada 8 avqustda əldə olunan Vaşinqton razılaşması var. Ağ Evdə ABŞ Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş bir növ sülh prosesi üçün yol xəritəsi sayıla bilər. Çünki rəsmi sənəddə qeyd olunanlardan başqa bir də qeyri-rəsmi anlaşmaların da mövcud olduğu ehtimal olunur. Bu baxımdan, sülh prosesindən geri çəkilmək Nikol Paşinyan hökuməti üçün qeyri-mümkündür”. 

Politoloq qeyd edib ki, sülh prosesi sadəcə yekun sülh müqaviləsini imzalamaqla bitmir: 

“Bu kompleks məsələdir və içərisinə bütün nəqliyyat-kommunikasiya xətlərinin açılması, əməkdaşlıq və ticarət də daxildir. Bütün bunlar isə Ermənistan üçün həyati əhəmiyyət kəsb edir.

Eyni zamanda, sərhədlərin delimitasiya və demarkasiya prosesi var. Ona görə də bu məsələ hansısa sənədi imzalamaqla bitmir. Burada bir-birini şərtləndirən və sözün əsl mənasında sülhün regionda təşəkkül tapmasını şərtləndirən amillər var. Paşinyan manevr etməklə ilk növbədə özünə və Ermənistana zərbə vuracaq. Nikol Paşinyanın qəbul etdiyi yeni qayəyə görə, legitim hakimiyyətlə bərabər, həm də legitim ərazi konteksində real Ermənistan ideyasının təşəkkül tapmasının yolu məhz Azərbaycanla anlaşmadan keçir”. 

Politoloqun sözlərinə görə, bura Ermənistanın gələcək inkişaf perspektivi də daxildir: 

“Burada da əsas olan Avropaya inteqrasiyadır. Avropaya inteqrasiya da Azərbaycanla sülh müqaviləsi imzalamaqdan, Türkiyə ilə münasibətləri düzəldərək, sərhədləri açmaqdan keçir. Paşinyan sadəcə istəyi ilə hansısa məsələni əngəlləyə bilməz. Belə bir imkanı yoxdur”. 

Natiq Miri hesab edir ki, sadəcə Paşinyanın seçkidə məğlub olması problem yarada bilər: 

“Hazırkı şəraitdə yalnız bir problemin yaranma ehtimalı var. O da gələn il keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın partiyasının məğlubiyyəti ola bilər. Paşinyan hökumətinin növbəti parlament seçkilərində qalib gəlməsində maraqlıyıq. Sadəcə Azərbaycanın şərtlərini qəbul etmək yetməz. Paşinyan yeni qayələr uğrunda yaradılacaq “Dördüncü Ermənistan Respublikası”ndan dəm vurursa, yeni konstitusiya dövriyyəyə girir. Bu da “olmazsa olmaz”a çevrilib. Bu gün erməni ictimai rəyinə və şüuruna yeridilmək istənilən əsas məsələlərdən biri də budur”. 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, rəsmi İrəvan konstitusiyanın dəyişilməsini sadəcə Azərbaycanın şərtlərinə bağlamır: 

“Yeni konstitusiya yeni və suveren Ermənistan deməkdir. Paşinyan cəmiyyətə bunu aşılamaq istəyir. Bütün bu məsələlərə kompleks yanaşanda, hər hansısa bir manevrdən söhbət getmir. Çünki baş verən proseslər və inkişaf Ermənistanın ziyanına deyil, xeyrinədir. 

Ermənistan bundan nə üçün imtina etməlidir ki? İrəvan hakimiyyətinin inteqrasiya etmək istədiyi əsas istiqamət Qərb dünyasıdırsa, yenə də Azərbaycanla sülh istiqaməti vacibdir. Çünki Azərbaycan və Türkiyə bunun əleyhinə deyil. Əksinə, bu böyük prosesin içindədirlər”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Paşinyan Natiq Miri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri