Icma.az
close
up
RU
Paşinyanın müharibə bəyanatı: Bakıya “Rusiyaya imkan verməyəcəm” deyir...

Paşinyanın müharibə bəyanatı: Bakıya “Rusiyaya imkan verməyəcəm” deyir...

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda rəsmi İrəvanın üçüncü dövlətlərin Ermənistan ərazisindən digər ölkələrə qarşı hərbi əməliyyat üçün istifadə olunması ehtimalını rədd etdiyi bildirilib. Bu bəyanatda Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana üstüörtülü mesajını oxumaq olar.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına yeni müqaviləli hərbçilərin cəlb olunması barədə yayılan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini söyləmək çətindir:

“Məsələ burasındadır ki, bu məlumatlar Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda yayımlanıb. Yəni belə bir təsəvvür yarana bilər ki, Kreml Gümrüdəki hərbi bazanı Azərbaycan əleyhinə gücləndirib. Əgər Rusiya Gümrüdəki hərbi bazasını gücləndirirsə, bu, Azərbaycan üçün deyil, Ermənistan hökuməti və şəxsən Baş nazir Nikol Paşinyan üçün təhlükəlidir. Çünki Moskvadakı dairələr Ermənistanın radikal müxalifəti, kilsə və Rusiyadakı erməni işadamlarının vasitəsilə Nikol Paşinyana təzyiqi artırıblar. Paşinyan ona qarşı çevriliş hazırlandığı iddiasındadır. Belə vəziyyətdə Rusiya Gümrüdəki hərbi bazasını gücləndirirsə, bu, Nikol Paşinyana qarşı yönəlib. Ancaq Paşinyan diqqəti özündən yayındırmaq üçün Xarici İşlər Nazirliyi vasitəsilə belə bir mənt yayımlayıb ki, guya Gümrüdəki Rusiya bazasının gücləndirilməsi Azərbaycan əleyhinədir və belə olan halda o, həmin bazadan Azərbaycana qarşı istifadə edilməsinə imkan verməyəcək.

Birincisi, Kreml Gümrüdə nəsə planlaşdırırsa, onu Nikol Paşinyanla bölüşməyəcək, ikincisi, Azərbaycan hədəfdirsə, bu, birbaşa Rusiyanın əleyhinə işləyəcək, Kreml həm Cənubi Qafqazı, həm də Türkiyəni itirəcək”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 İyul 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri