Icma.az
close
up
RU
Paşinyanın ofisi açıqladı: Əliyevlə Zəngəzur dəhlizi haqda nəyi müzakirə edib?

Paşinyanın ofisi açıqladı: Əliyevlə Zəngəzur dəhlizi haqda nəyi müzakirə edib?

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 2-də Kopenhagendə keçirilən görüşündə Zəngəzur dəhlizi terminologiyasından istifadə məsələsi müzakirə edilib.
Turkustan.az
xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan “Armenpress” agentliyinin yazılı sorğusuna cavabında deyib.
Paşinyanın sözçüsü bildirib ki, rəsmi İrəvan Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi haqda dediklərinin heç bir halda Ermənistanın ərazisinə aid olmadığını təsdiq edir.
“Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında Kopenhagendə keçirilən görüşdən sonra hər iki tərəf press-relizlər dərc edib. Orada hər iki tərəf TRİPP layihəsinin Ermənistan ərazisinə aid olduğunu qəbul edir, buna görə Ermənistan ərazisində başqa layihələr yoxdur, ola da bilməz. Kopenhagendə keçirilən görüşdə bu məsələ müzakirə olundu və biz təsdiq edirik ki, Azərbaycan Prezidentinin bəyanatı heç bir halda Ermənistan ərazisinə aid deyil. Ermənistanda yalnız TRİPP və “sülhün kəsişməsi” layihələri həyata keçirilir ki, bu da bir sıra beynəlxalq sənədlərdə aydın şəkildə öz əksini tapıb”, - Bağdasaryan bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin “ŞƏT plyus”da, daha sonra BMT-də çıxışı zamanı Zəngəzur dəhlizindən bəhs etməsi erməni baş nazir tərəfindən narazılıqla qarşılanıb. Paşinyan “ŞƏT plyus”, BMT və AŞPA-da çıxışları zamanı Vaşinqton anlaşmalarında Zəngəzur dəhlizi ifadəsinin olmadığını deyib. İddia edib ki, bu ifadənin işlədilməsi Ermənistana qarşı ərazi iddiasıdır. Daha sonra Prezident İlham Əliyev və Nikol Paşinyan Avropa Siyasi Birliyinin keçirildiyi Kopenhagendə görüşdü. Bu görüşdən sonra Ermənistan mediasında “Paşinyana kənarda etiraz etsə də, Əliyevlə birbaşa təmasda Zəngəzur dəhlizi ifadəsinə görə narazılıq bildirməyə cəsarət etmir” ittihamları səsləndirildi. Kopenhagen görüşündən sonra Paşinyan bəyan etdi ki, Prezident İlham Əliyevin dediyi Zəngəzur dəhlizi sözü Azərbaycan ərazisinə aiddir. Onun bu açıqlaması da müxalif mediada tənqidlə qarşılandı.
Baş verənlər fonunda Paşinyanın sözçüsünün açıqlama yayması təsadüfi deyil. Ermənistanın dövlət agentliyi olan “Armenpress”in Paşinyanın sözçüsünə göndərdiyi sorğuda “Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən görüşündə Zəngəzur dəhlizi ifadəsini işlədib. Siz buna necə cavab verərsiniz, Kopenhagendə Paşinyanla Əliyev bu mövzunu müzakirə edibmi?” sualı qeyd olunub. Paşinyanın sözçüsünün də sorğu ilə bağlı açıqlaması həm də müxalifətin ittihamlarına cavab məqsədi daşıyır./publika.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri