Icma.az
close
up
RU
Paşinyanın qeyri etik ifadələri baş nazirlik institutuna zərbə vurur REİ

Paşinyanın qeyri etik ifadələri baş nazirlik institutuna zərbə vurur REİ

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan Apostol Kilsəsinə qarşı açıq şəkildə qeyri-senzural ifadələr işlətməsi, ilk növbədə, baş nazir vəzifəsinin və ümumilikdə hökumət institutunun nüfuzuna ciddi zərbə vurur.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı (REİ) tərəfindən yayımlanan rəsmi bəyanatda bildirilir.

Təşkilat hesab edir ki, din xadimlərinə qarşı təhqiramiz ifadələr, xüsusilə də xristian dünyasının İsa Məsihin Göylərə Ucalması bayramını qeyd etdiyi günlərdə, tamamilə yolverilməzdir.

Bəyanatda qeyd olunur ki, konstitusiyasında dinlə dövlətin ayrılığı prinsipi təsbit olunan bir ölkənin baş naziri olaraq Paşinyan artıq bir neçə dəfə bu prinsiplərə zidd addımlar atıb. Bu dəfə isə baş nazir bəyan edib ki, Ermənistan dövləti bütün ermənilərin katolikosunun (kilsə rəhbərinin) seçilməsində həlledici səsə malik olmalıdır.

“Mövcud vəziyyət daha çox hökumətin diqqətini real təhlükələrdən və ekzistensial problemlərdən yayındırmaq cəhdi təsiri bağışlayır”, – deyə REİ-nin bəyanatında qeyd olunur.

Təşkilat İncilin “Sezarın haqqı Sezara, Tanrının haqqı Tanrıya” prinsipini xatırladaraq vurğulayır ki, baş nazir öz vəzifə borclarını unudaraq faktiki olaraq erməni kimliyinin və dövlətçiliyinin əsaslarını sarsıdan mübahisəli bir kampaniyaya başçılıq edir.

Xatırladaq ki, hökumətin son iclaslarından birində Paşinyan erməni kilsələrinin vəziyyətini sərt şəkildə tənqid edərək, onları “köhnə əşyalarla dolu anbarlar” adlandırmışdı. Daha sonra o, sosial şəbəkələrdə Ermənistan Apostol Kilsəsinə və din xadimlərinə qarşı sərt ifadələr işlətmiş, arxiyepiskoplardan birini mənəvi pozğunluqda ittiham etmişdi.

Məsələ daha da ajiotaj doğurub, çünki baş nazirin həyat yoldaşı Anna Akopyan da məsələ ilə bağlı kəskin açıqlama yayaraq, katolikosu “baş mafioz” adlandırıb, kilsələrin “anbara çevrilməsinə” qarşı çıxanları isə “ölkənin əsas pedofilləri” kimi təqdim edib. Bu bəyanatlar dini dairələrdə ciddi narazılıq doğurub.

Əlavə gərginlik isə Paşinyanın Ermənistan Apostol Kilsəsinin rəhbərinin seçilməsi qaydasını dəyişməklə bağlı təklifi fonunda daha da artıb. Paşinyan bildirib ki, bu prosesdə dövlət əsas rol oynamalıdır və namizədlər etik normalara uyğunluq baxımından yoxlanmalıdır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri