Icma.az
close
up
RU
Paşinyanın qondarma soyqırım la bağlı bəyanatı Ermənistanı qarışdırdı

Paşinyanın qondarma soyqırım la bağlı bəyanatı Ermənistanı qarışdırdı

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan "1950-ci ildə necə oldusa, "erməni soyqırımı" məsələsi gündəmə gəldi" sözləri ilə sərt tənqidlərə məruz qalıb. Onun bu açıqlamaları ölkədə siyasi qruplar və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən kəskin etirazlarla qarşılanıb.

Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, Paşinyan 24 yanvarda İsveçrənin Sürix şəhərində erməni icması nümayəndələri ilə görüşü zamanı bildirib ki, qondarma "erməni soyqırımı"nın əhəmiyyəti 1950-ci illərə qədər ermənilər tərəfindən tam dərk edilməmişdi.

O, çıxışında "1939-cu ildə "erməni soyqırımı" ilə bağlı bir gündəm yox idi. 1950-ci ildə isə bu mövzu necə oldusa, ortaya çıxdı. Bu, necə baş verdi?", deyə baş nazir qeyd edib.

Paşinyanın bu sözləri Ermənistan daxilində və xaricdəki erməni siyasi qrupları və vətəndaş cəmiyyəti təşkilatlarının sərt reaksiyasına səbəb olub. Onun bu açıqlamaları Ermənistanın xarici siyasət kursundan uzaqlaşmaq cəhdi kimi qiymətləndirilib.

Ermənistanın Eçmiədzin Kilsəsi də Paşinyanın fikirlərinə münasibət bildirərək, 24 aprel tarixinin rəsmi anım günü elan olunduğunu vurğulayıb. Kilsənin açıqlamasında qeyd olunub ki, 1967-ci ildə inşa edilən Tsitsernakaberd abidəsinin 2015-ci ildə müqəddəs elan edilməsi, baş verən hadisələrin tanınmasının rəmzidir.

Eçmiədzin Kilsəsi Paşinyanın açıqlamalarını "ziddiyyətli" adlandıraraq bildirib ki, qondarma "erməni soyqırımı" təkcə erməni xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir" və onun tanınmasının "tarixi bir zərurət" olduğunu qeyd edib.

Erməni İnqilabi Federasiyası (ARF) isə Paşinyanın sözlərini "erməni xalqının hüquq və kimliyini sarsıdan" ifadələr kimi qiymətləndirib. ARF onu "millət, dövlət və elmi dəyərlərə qarşı çıxmaqda" günahlandırıb və sərt tənqid edib.

ARF Paşinyanı "Türkiyə və Azərbaycanın tələblərini yerinə yetirməyə çalışmaqda" ittiham edərək, onun qondarma "soyqırım qurbanları"nın xatirəsinə "hörmətsizlik etdiyini" iddia edib.

Beynəlxalq Erməni Milli Komitəsi (ANC) də Paşinyanın açıqlamalarını "Türkiyə və Azərbaycanın mövqelərini əks etdirən ifadələr" kimi dəyərləndirib və onun "qurbanların xatirəsinə hörmətsizlik etdiyini" bildirib.

"Genesis Armenia" düşüncə mərkəzi isə Paşinyanın sözlərinin Ermənistanın xarici siyasətində təhlükəli bir dəyişiklik ola biləcəyini və bunun ölkənin qondarma "soyqırımın" tanınması istiqamətindəki öhdəliyini zəiflədə biləcəyini vurğulayıb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Yanvar 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri