Icma.az
close
up
RU
Paşinyanın reallıq etirafı: “Ermənilərin Qarabağa qayıtması...”

Paşinyanın reallıq etirafı: “Ermənilərin Qarabağa qayıtması...”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Qarabağdan könüllü köçmüş və Ermənistanda müvəqqəti dövlət müdafiəsinə götürülmüş erməniəsilli şəxslər 2025-ci il sentyabrın 1-dən vətəndaşlıq almaq üçün ödənilən dövlət rüsumundan azad ediləcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti məlumat yayıb.

Qeyd edilən qərarın qəbulu Ermənistanda 2025-ci il yanvarın 22-də “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklər nəticəsində mümkün olub.

Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətindən bildirilib ki, vətəndaşların rahatlığı üçün ölkə üzrə 40-dan çox məntəqədə vətəndaşlıq üçün müraciətlər qəbul edilir.

Müraciətlər səyyar xidmətlər çərçivəsində bütün regional idarələrdə, eləcə də İrəvan şəhəri, Zakyan küçəsi 3 ünvanında, Xidmətin mərkəzi aparatında və Daxili İşlər Nazirliyinin xidmət mərkəzlərində təqdim edilə bilər. İdarənin məlumatına görə, bu addımlar Qarabağı tərk etmiş şəxslərin vətəndaşlıq alması prosesini sadələşdirmək və sürətləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, Qarabağdan könüllü köçmüş ermənilərə Ermənistan vətəndaşlıq verilməsi prosesinin sürətləndirilməsi Baş nazir Nikol Paşinyanın avqustun 18-də xalqa müraciətində söylədiyi fikirlərin həyata keçirilməsinə başlanıldığını göstərir.

Həmin çıxışında Paşinyan bildirib ki, Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyini və dövlətçiliyini inkişaf etdirməsinə imkan verməmək üçün bir alət kimi istifadə olunub. Bu baxımdan, Ermənistanın Baş naziri ermənilərin Qarabağa qayıtmasını sülhə ciddi təhlükə hesab edir.

“Qarabağdan gələn ermənilərə gəldikdə, mən artıq demişəm və təkrar edirəm: onların Azərbaycana qayıdışı qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onlar üçün ölkəmizdə yaşamaq və inteqrasiya üçün şərait yaratmalıdır”, - deyə Paşinyan bildirib.

Nikol Paşinyan bununla xalqa müraciətində dediyi kimi, Qarabağa məsələsini bağladığını nümayiş etdirir.

Baş nazir regionda yaranmış status-kvonu dəyişməyin mümkün olmadığını və tarixin arxivinə atılmış erməni separatizminin Azərbaycan ərazisində bərpasının mümkün olmadığını yaxşı bilir.

Əks təqdirdə, erməniləri Qarabağa qaytarmaq səyləri Azərbaycanla Ermənistan arasında yaranmış real sülh imkanının pozulmasına gətirib çıxara bilər. Bu isə Ermənistanın növbəti münaqişəyə cəlb olunması deməkdir. Paşinyanın Qarabağdan imtina etməsi də məhz bu müharibədən yayınmaq məqsədi daşıyır. Əks təqdirdə, Ermənistan üçün dağıdıcı nəticələri olan bir vəziyyətlə üzləşə bilər.

Digər tərəfdən, ermənilərin Qarabağa qayıtması adekvat olaraq Qərbi azərbaycanlıların Ermənistana dönməsi məsələsini gündəmə gətirəcək. Yəni bu proses birtərəfli qaydada həyata keçirilə bilməz.

1988-ci ildə Ermənistandan deportasiya edilmiş 250 min nəfər Qərbi azərbaycanlıların sayı artaraq 500 min nəfərə çatıb. Üstəlik, 1947-ci ildə və ondan əvvəl Ermənistandan qovulmuş azərbaycanlıların da varisləri  doğma vətənlərinə qayıtmaq hüququnun təmin olunmasını tələb edə bilər.

Bu isə Ermənistana orta hesabla yarım milyon azərbaycanlının qayıtması deməkdir. Ermənistan əhalisinin sayca azalmaqda olduğunu nəzərə alsaq, azərbaycanlıların qayıdışı ölkədə demoqrafik balansın dəyişməsinə səbəb ola bilər.

Qeyd edilən səbəbdən Paşinyan hökuməti Qarabağdan köçən ermənilərə vətəndaşlıq verilməsi qaydalarını dəyişmək və rüsumları ləğv etməklə onların daimi Ermənistanda qalması prosedurlarını asanlaşdırır. 

Ermənistan Daxili İşlər Nazirliyinin iyul ayına olan məlumatına görə, Qarabağdan köçmüş 9346 erməni bu ölkənin  vətəndaşlığını qəbul edib. Ümumilikdə, nazirliyə vətəndaşlıqla bağlı  10 961 müraciət daxil olub. 9 346 vətəndaşdan əlavə, 4,4 minə yaxın uşaq valideynlərinin vətəndaşlığı qəbul etməsi əsasında avtomatik olaraq Ermənistan Respublikasının pasportunu alıb.

Daxili işlər naziri Arpine Sarkisyanın sözlərinə görə, Qarabağdan köçmüş sakinlərin müraciətlərinə operativ qaydada, orta hesabla bir ay ərzində baxılır və onların müraciətindən imtina halları qeydə alınmayıb. Bütün bunlar isə Qarabağdan köçmüş ermənilərin hamısına Ermənistan vətəndaşlığının verilməsi prosesinin payız aylarındsa başa çatacağını deməyə əsas verir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan Qarabağ etiraf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Avqust 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri