Paşinyanın rəqəbi 3 ölkənin vətəndaşı ÇIXDI
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Samvel Karapetyan Ermənistanın Baş naziri vəzifəsinə namizəd ola bilməz. Çünki o, Ermənistan vətəndaşı olmaqla yanaşı, həm də Rusiya və Kipr vətəndaşıdır".
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan parlamentinin hakim "Vətəndaş Müqaviləsi" Partiyasından olan vitse-spikeri Ruben Rubinyan fevralın 13-də jurnalistlərlə görüşündə belə deyib.
Onun sözlərinə görə, konstitusiyanın müvafiq maddəsi seçkilərdən sonra prezident tərəfindən baş nazir təyin edilmədən dəyişdirilə bilməz.
“Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın işinə gəlincə, o, ikili vətəndaşlığı olan şəxs hesab edilmirdi. Çünki onun ikili vətəndaşlığının olduğu məlum deyildi. O, niyə istefaya getdi? Çünki ikili vətəndaşlığının olduğu məlum oldu. Əgər bu, əvvəldən məlum olsaydı, o, Ermənistan Prezidenti seçilə bilməzdi”, - deyə Rubinyan bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 13 Fevral 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















