Icma.az
close
up
RU
Paşinyanın seçkiöncəsi hazırlığı Müxalifətə qarşı ƏMƏLİYYAT

Paşinyanın seçkiöncəsi hazırlığı Müxalifətə qarşı ƏMƏLİYYAT

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Hazırda ölkədə siyasi vəziyyət olduqca qarışıqdır. Xüsusilə də, son zamanlar baş verənlər diqqəti çəkir. Belə ki, Ermənistanda "Ana Ermənistan" müxalifət blokunun 12 tərəfdarı saxlanılıb. Bununla yanaşı iki deputatın-Ovik Ağazaryan və "Mənim şərəfim var" müxalifət fraksiyasından olan deputat Taron Markaryanın toxunulmazlığı ləğv edilib.

Ermənistan parlamentinin deputatları öz həmkarları barədə cinayət işinə başlanılması ilə əlaqədar səs veriblər. Bütün bunların seçkiöncəsi atılan addımlar ola biləcəyi istisna deyil.

Modern.az-a açıqlamasında siyasi şərhçi Elşad Mirbəşiroğlu bildirib ki, siyasi oponentlərinə qarşı sərt addımlar Ermənistan baş naziri Nikol Paşinyanın dəsti-xəttidir:

"2026-cı ildə Ermənistanda parlament seçkiləri gözlənilir. Ümumiyyətlə, bu, Paşinyanın dəsti-xəttidir. Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra siyasi oponentlərinə qarşı kifayət qədər sərt davranışları ilə diqqəti cəlb edirdi, hətta məhkəmə sistemini də özünün maraqlarına uyğun formalaşdırdı. Ayrıca olaraq da hazırda Ermənistanda siyasi mühit kifayət qədər qarışıqdır. Bunu şərtləndirən başlıca məqam 2020-ci ildə Azərbaycanın öz tarixi torpaqlarını Ermənistanın işğalından azad etməsi oldu. Yəni müxalifət Paşinyanı müharibədə məğlubiyyətdə ittiham edir. Bu gün də eyni yanaşma davam edir. 2020-ci ildə paşinyan ağır məğlubiyyətə uğradıqdan sonra bilirdi ki, bundan müxalifləri ona qarşı istifadə edəcəklər. Buna görə də 2021-ci ildə növbədənkənar seçkilərə getməklə bir növ özünün siyasi reabilitasiyasını təmin edə bildi. Sözsüz ki,bu, Paşinyanın iradəsi deyildi. Ermənistanda məlum olduğu kimi Qərbin təmsilçiliyi mövcuddur. Onlar da Paşinyana çox yaxından siyasi dəstək olmaqdadırlar".

Siyasi şərhçi vurğulayıb ki, hazırda atılan addımlar tərəflərin elektorat bazasının genişləndirməyə yönəlib:

"İndiki şəraitdə də Ermənistan müxalifəti tərəfindən Azərbaycana qarşı revanşist fikirlər səsləndirilməkdədir. Sözsüz ki, Paşinyanın ətrafı da bu cür revanşist mövqedən çıxış edirlər. Burada hər iki tərəfin də məqsədi özlərinin elektorat bazasının genişləndirilməsinə hesablanıb. Paşinyan çox gözəl dərk edir ki, Azərbaycana qarşı çıxa bilməz. Belə bir addımın atılması, Ermənistan üçün sözün əsl mənasında ölümcül olacaq. Açıq şəkildə heç bir halda Paşinyan və onun ətrafı revanş etmək niyyətində deyillər, çünki qorxurlar. Amma bütün hallarda revanşizm əhval-ruhiyyəsini də zaman-zaman nümayiş etdirirlər. Bu da gələcək elektoral prosesə hesablanıb.Yəni kütlənin dəstəyini qazanmağa çalışırlar. Bu baxımdan da Paşinyan öz siyasi oponentlərinə qarşı açıq mübarizəyə də başlayıb".

E.Mirbəşiroğlu söyləyib ki, bu, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinin həddindən artıq gərgin olacağını göstərir:

"Çünki Ermənistandakı mövcud vəziyyət, Paşinyanın openentlərinin yanaşmaları, çağırışları aydın göstərir ki,2026-cı ildə Paşinayna qarşı ciddi çıxamaq istəyirlər və onun hakimiyyətdən getməsi üçün əllərindən gələni edəcəklər. Paşinyan da bunu çox yaxşı anlayır və sözsüz ki, indidən qarşı cəbhəni zəiflətməyə çalışır. Hesab edirəm ki, paşinyanın oponentləri ona qarşı çox ciddi tədbirlər görməyi plnlaşdırırlar və nəticələrə də nail ola bilərlər. Yəni ki, Paşinyanın hakimiyyətdən getməsi üçün əllərindən gələni edəcəklər. Paşinyan da bununla bağlı artıq təsəvvürlərə malikdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Mart 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri