Icma.az
close
up
RU
Paşinyanın “sənəd açılışı”: Ermənistan siyasətində yeni qarşıdurma mərhələsi

Paşinyanın “sənəd açılışı”: Ermənistan siyasətində yeni qarşıdurma mərhələsi

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ danışıqları ilə bağlı arxiv sənədlərini ictimaiyyətə açıqlaması ölkənin siyasi həyatında yeni və gərgin bir dövrün başlanğıcını göstərir. Bu addım uzun illərdir münaqişə ətrafında formalaşdırılmış rəsmi narrativlərin sarsıdılmasına yönəlib və Ermənistan cəmiyyətində geniş rezonans doğurub. Sənədlərin məzmunu göstərir ki, əvvəlki hakimiyyətlərin danışıqlarda tutduğu xətt ictimaiyyətə təqdim olunan rəsmi versiyalarla tam üst-üstə düşməyib. Bu da Paşinyanın iddia etdiyi kimi, siyasi elitanın öz mövqelərini qorumaq üçün münaqişəni daxili siyasətdə alətə çevirdiyini bir daha gündəmə gətirir.

Bu sənədlərin açıqlanması həm də Ermənistan daxilində güc balansını dəyişmək məqsədi daşıyır. Keçmiş prezidentlərin komanda üzvləri materialların natamam olduğunu bildirərək hökuməti manipulyasiyada ittiham etsələr də, cəmiyyətin bir hissəsi açılan faktları əvvəlki hakimiyyətlərin danışıqlarda nə qədər qeyri-məhsuldar mövqe tutduğunun təsdiqi kimi qəbul edir. Münaqişənin həlli üçün illər boyu masada olmuş variantların reallaşdırılmaması, risklərin düzgün qiymətləndirilməməsi və “status-kvo”nun süni şəkildə uzadılması Ermənistanın sonrakı məğlubiyyətinə gətirib çıxaran əsas amillərdən biri kimi təqdim olunur. Bu çərçivədə Paşinyan yeni siyasi üstünlük əldə edərək rəqiblərini çətin vəziyyətə salmağa nail olur.

Eyni zamanda, sənədlərin yayımlanması Ermənistan siyasi sistemindəki dərin parçalanmanı daha da kəskinləşdirə bilər. Çünki bu proses təkcə keçmiş liderləri deyil, illərlə formalaşdırılmış milli kimlik və təhlükəsizlik yanaşmalarını da hədəfə alır. Paşinyan bu “mitsizləşdirmə” xəttini davam etdirərsə, ölkədə siyasi və ictimai qarşıdurmanın daha da artacağı istisna edilmir. Bununla belə, o, indiki mərhələdə öz bazasına mesaj verir ki, Ermənistan artıq köhnə yanaşmalarla idarə oluna bilməz və yeni siyasi kurs keçmiş illərin səhvlərinə görə cəmiyyət qarşısında açıq olmalıdır. Nəticədə, sənəd açıqlaması həm siyasi mübarizə alətinə çevrilir, həm də Ermənistanın regional reallıqları daha düzgün dərk etmək məcburiyyətində qaldığını göstərir.

Alim Nəsirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri