Icma.az
close
up
RU
Paşinyanın sonu yaxınlaşır Yerinə O GƏLƏCƏK?!

Paşinyanın sonu yaxınlaşır Yerinə O GƏLƏCƏK?!

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Siyasi ekspertlərin fikrincə, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hazırkı cəhdləri siyasi manevrdən, daha dəqiq desək, blefdən ibarətdir. Onun nə beynəlxalq aləmdə, nə də regionda əvvəlki nüfuzu qalmayıb. Ekspertlər bildirirlər ki, Köçəryan nəinki xarici dəstəkdən, hətta ölkə daxilində də ciddi sosial-siyasi dayaqlardan məhrumdur.

“Yeni Sabah” bildirir ki, hazırda Köçəryanı dəstəkləyən yeganə qruplar – onun kiçik siyasi tərəfdar qrupu, bəzi kilsə təmsilçiləri və Rusiyada müəyyən dairələrdir. Bu isə onun Ermənistanın mövcud siyasi xəttini dəyişmək gücündə olmadığını göstərir. Ekspertlər hesab edir ki, Rusiya üçün də bu gün Köçəryan kimi nüfuzunu itirmiş bir fiquru önə çıxarmaq əvəzinə, yeni siyasi sima yetişdirmək daha məqsədəuyğundur.

“Rusiyanın bölgədə maraqları var və bu maraqların qorunması üçün həmin ərazidə az da olsa etimad qazanan bir siyasi fiqura ehtiyac duyulur. Köçəryan isə artıq erməni cəmiyyətində “keçmişin adam”', korrupsiya və zorakılıqla assosiasiya olunan bir simadır,” – deyə siyasi şərhçilər qeyd edirlər.

Onların fikrincə, Köçəryanın əvvəllər müəyyən qədər təsir imkanına sahib olması Qarabağdakı işğal vəziyyəti və seperatizm dalğası ilə əlaqədar idi. O dövrdə Ermənistanı “qalib” kimi göstərən ritorika cəmiyyətin bir hissəsində ona dəstək qazandırmışdı. Lakin bu gün regional reallıqlar tamamilə dəyişib. Azərbaycanın əldə etdiyi qələbə fonunda Köçəryan kimi şəxslərin siyasi ambisiyaları həm gülünc, həm də təhlükəli görünür.

Siyasi təhlilçilər bildirirlər ki, Azərbaycan bu illər ərzində sülhə sadiq qalmaq mövqeyini qoruyub, amma Ermənistan dialoq qabiliyyəti olmayan tərəf kimi davranmağa davam edib. Bu baxımdan, Köçəryanın Paşinyanı devirmək iddiaları real siyasi perspektivdən uzaqdır və daha çox daxili auditoriyanı çaşdırmaq üçün nəzərdə tutulan taktik manevrlərdir.

“Bu, sadəcə siyasi blefdir. Regionda status-kvo dəyişib və bu dəyişikliklərin Köçəryan kimi fiqurlar üçün yer buraxmadığı aydındır,”– deyə ekspertlər yekunlaşdırırlar.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri