Icma.az
close
up
RU
Paşinyanın sülh müqaviləsini yubatmasının İLGİNC PƏRDƏARXASI

Paşinyanın sülh müqaviləsini yubatmasının İLGİNC PƏRDƏARXASI

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ermənistanın Seçki Məcəlləsinə dəyişiklik və əlavələr layihəsi noyabrın 8-də parlament dinləmələrində müzakirə olunacaq. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə məlumat Ermənistan Milli Məclisinin rəsmi saytında yerləşdirilib. Dinləmələrə parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri Vladimir Vardanyan sədrlik edəcək. 

Bundan əvvəl parlament Ədliyyə Nazirliyinin təklif etdiyi dəyişiklikləri birinci oxunuşda təsdiqləyib. Dəyişikliklərə əsasən, səslərin hesablanması başa çatana və nəticələr rəsmiləşənə qədər fövqəladə və ya hərbi vəziyyət tətbiq edilərsə, sonradan yeni səsvermə təşkil edilməklə seçkilər dayandırıla bilər. 

Layihədə həmçinin tələb olunur ki, seçkilərdə iştirak edən partiya və bloklar siyahıların qeydə alındığı andan seçkilərdən sonrakı üçüncü günə qədər hər üç iş günündən bir bank hesablarındakı vəsaitlərin hərəkəti barədə məlumatları Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim etsinlər. 

Məlumatı ümumiləşdirdikdən sonra komissiya hesabatı öz internet səhifəsində dərc etmək öhdəliyi daşıyır. Müxalifət təklif olunan düzəlişlərin hakim partiyaya hakimiyyətdə qalmaq müddətini uzatmasına imkan verə biləcəyindən ehtiyat edərək ona qarşı çıxıb. 

Xatırladaq ki, Ermənistanın Seçki Məcəlləsinə sonuncu dəfə cəmi üç il əvvəl, 2021-ci ildə dəyişiklik edilib. Lakin hakim qüvvə 2026-cı il seçkilərinə qədər ona əlavə dəyişikliklər etmək qərarına gəlib. 

Qeyd edilən məlumat Nikol Paşinyanın növbəti seçkilərə yeni hüquqi normalar əsasında getmək istəyindən xəbər verir. Bu isə hakimiyyətin siyasi dayaqlarını möhkəmlətməyə hesablanıb. Yəni, 2026-cı ildə Paşinyan yenidən seçkilərdə qalib gəlməkdə israrlı görünür. Lakin səsvermənin nəticələri Paşinyanın istədiyi kimi olmaya da bilər. 

Xüsusilə də onun siyasi reytinqini xeyli itirməsi seçkilərdə məğlub olmasını şərtləndirən əsas amillərdən birini təşkil edir.

“Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sonuncu sorğuların nəticələrinə görə, Ermənistan vətəndaşlarının 57,6 faizi Nikol Paşinyanın fəaliyyətini bəyənmir. Paşinyanın fəaliyyətini tam bəyənələrin sayı respondentlərin 14,1 faiz təşkil edib. Rəyi soruşulanların 41,5 faizi isə Baş nazirin işini qətiyyən bəyənmir. 

Göründüyü kimi, vəziyyət Paşinyan üçün heç də ürəkaçan deyil. 

Qeyd edilən göstəricilərlə seçkiyə getmək Paşinyanın postunu itirməsinə səbəb ola bilər. Ona görə də Ermənistanın Baş naziri seçki qanunvericiliyini sərtləşdirməklə siyasi mövqeyini möhkəmlətməyə çalışır. 2016-cı ilin parlament seçkilərində müxalifətin xarici dəstək hesabına onu hakimiyyətdən salmaq üçün bütün siyasi resursları səfərbər edəcəyi aydındır. Ona görə də parlamentə təqdim olunan düzəlişlər Paşinyanın seçkinin ilkin nəticələrinə uyğun hərəkət edəcəyini deməyə əsas verir. 

Səsvermənin yekunları və “exitpoll” sorğuları müxalifətin xeyrinə olarsa, yaxud ölkədə inqilabi situasiya yaranarsa, Paşinyan fövqəladə vəziyyət elan etməklə məğlubiyyətin qarşısını ala bilər. Hətta Ermənistan hakimiyyətinin hər hansı hərbi təxribatı bəhanə edib ölkədə hərbi vəziyyət elan edəcəyi də istisna edilmir. 

Ancaq seçkilərə qədər Azərbaycanla sülh müqaviləsi imzalansa, hərbi vəziyyətin tətbiqi üçün əsas qalmayacaq. Bütün hallarda seçki prosesinin dayandırılması və ya təxirə salınması Paşinyana hakimiyyətinin ömrünü uzatmaq üçün arqument yaradır. Seçki Məcəlləsinə partiya və blokların maliyyə fəaliyyəti ilə bağlı təqdim edilən əlavə və dəyişikliklər Ermənistan hakimiyyətinə müxalifətin bank hesablarını nəzarətə götürmək, lazım gələrsə, korrupsiyada ittiham etməklə təziyq göstərmək imkanı verəcək. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri