Icma.az
close
up
RU
Paşinyanın sülh planı pozula bilər SƏBƏB

Paşinyanın sülh planı pozula bilər SƏBƏB

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri ilə bağlı fikirləri ölkədə yeni konstitusiyanın qəbulu və Azərbaycanla sülh sazişinin imzalanması məsələlərini yenidən gündəmə gətirib. Yeni konstitusiyanın qəbul edilməsinin sülh prosesi baxımından əhəmiyyət daşıdığı bildirilir. Bu fonda Ermənistanda keçiriləcək seçkilərin ölkənin gələcək siyasi kursuna və Bakı ilə münasibətlərinə necə təsir edəcəyi diqqət mərkəzindədir.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyanın növbədənkənar parlament seçkiləri barədə danışmasının səbəblərindən biri yeni konstitusiyanın referendumda qəbul ediləcəyinə əmin olmamasıdır:

“Görünür, Paşinyan əmin deyil ki, erməni cəmiyyəti referendumda yeni konstitusiyaya səs verəcək. Halbuki erməni cəmiyyəti Azərbaycana məğlubiyyətə baxmayaraq, onu üç dəfə seçib. Eyni zamanda, Paşinyanın yeni konstitusiyanın qəbul ediləcəyinə dair şübhələri var. Yeni konstitusiya qəbul edilmədən də Paşinyan Azərbaycanla sülh sazişi imzalaya bilməyəcək. Buna görə də o, daha əvvəl sülh sazişi ilə bağlı 2031-ci ilə eyham vurmuşdu. Erməni cəmiyyəti yeni konstitusiyaya səs verməsə, Paşinyana etimad məsələsi də gündəmə gələcək. Bu isə regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Yeni konstitusiyaya səs verilməməsi köhnə konstitusiyanın qüvvədə qalmasının dəstəklənməsi demək olacaq. Köhnə konstitusiyada isə Azərbaycana qarşı ərazi iddiaları var. Deməli, bu, iki ölkə arasındakı vəziyyəti daha da gərginləşdirə bilər”.

Politoloq qeyd edib ki, yaranmış vəziyyət Paşinyanı növbədənkənar parlament seçkilərinə getməyə vadar edə bilər. Onun sözlərinə görə, Azərbaycan sülh sazişi imzalanmasa belə, öz yoluna davam edə bilər:

“Sülh sazişinin imzalanması daimi sülhün təmin olunması, əməkdaşlığın genişlənməsi və sülh quruculuğunun inkişafı baxımından vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Oktyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri