Icma.az
close
up
RU
Paşinyanın təbrik mesajının PƏRDƏARXASI: Nikolun əsl məqsədi nədir? KONKRET

Paşinyanın təbrik mesajının PƏRDƏARXASI: Nikolun əsl məqsədi nədir? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib. Paşinyan bu barədə “X” hesabında paylaşım edib.

Maraqlıdır, Nikol Paşinyanın Azərbaycanı təbrik etməsi nə dərəcədə səmimi və strateji xarakter daşıyır?

Mövzunu politoloq Zeynal Əmrəliyev KONKRET.az-a şərh edib:

Zeynal Əmrəliyev

“İlk dəfə olaraq Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Azərbaycana ünvanlanan təbrik mesajı iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilə bilər. Lakin Paşinyanın bu jestinin nə qədər səmimi və real niyyətə əsaslandığı hələ də sual doğurur.
Paşinyan zaman-zaman sülh ritorikası ilə çıxış etsə də, praktikada bu istiqamətdə ciddi və ardıcıl addımların atıldığı müşahidə olunmur. Ermənistanın regional siyasətdəki davranışları da bu sualları artırır. Belə ki, rəsmi İrəvan bir tərəfdən Fransanı və ABŞ-ı regiona cəlb etməyə çalışır, digər tərəfdən isə İranla əməkdaşlıq əlaqələrini gücləndirir. İran tərəfindən verilən bəzi açıqlamalarda Zəngəzur dəhlizinin açılmasına qarşı çıxıldığı, bunun regionda gərginlik yaradacağı bildirilib. Bu isə Ermənistanın da dəhliz məsələsində əngəlləyici mövqe tutduğunu göstərir”.

Politoloq qeyd edib ki, Azərbaycan rəsmi şəkildə Ermənistan Konstitusiyasında yer alan ifadələrin dəyişdirilməsini tələb edir:

“Lakin indiyədək İrəvan tərəfindən bu istiqamətdə konkret təşəbbüs göstərilməyib. Bu da rəsmi Bakının sual etməsinə səbəb olur: əgər Ermənistan həqiqətən sülhə hazırdırsa, niyə bunu əməldə göstərmir?
Erməni rəsmiləri tərəfindən müxtəlif beynəlxalq platformalarda sülhə hazır olduqlarını ifadə edən açıqlamalar səsləndirilsə də, bu bəyanatların praktik təzahürünü görmək müşkülə çevrilib”.

Ekspert bildirib ki, əgər Paşinyanın göndərdiyi təbrik mesajı səmimidirsə, bunun ardınca real addımlar atılmalı, konkret nəticələr ortaya qoyulmalıdır:

“Beləliklə, Nikol Paşinyanın Azərbaycana ünvanladığı təbrik mesajı ilkin baxışda müsbət jest sayılsa da, onun arxasında real sülh niyyətinin olub-olmadığı, növbəti addımlar vasitəsilə bəlli olacaq. Rəsmi Bakı isə gözləntisini açıq şəkildə ifadə edir: söz yox, əməl tələb edilir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 İyun 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri