Icma.az
close
up
RU
Paşinyanın yeni 11 “təşəbbüsü” nəyə xidmət edir?

Paşinyanın yeni 11 “təşəbbüsü” nəyə xidmət edir?

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paşinyan Azərbaycanla münasibətlərin guya normallaşdırılması üzrə 11 maddəlik təşəbbüslə çıxış etdi. Azərbaycanda isə siyasi analitiklər hesab edir ki, erməni baş nazirin yeni təşəbbüsləri sülhə yox, imitasiyaya xidmət edir.

Musavat.com xəbər verir ki, bu barədə siyasi şərhçi Aydın Quliyev bildirib. Onun sözlərinə görə, sayın nə qədər olması  önəmli deyil. Önəmli odur ki, təşəbbüs həqiqətən sülh xidmət etsin. Ancaq diqqət etdikdə Paşinyanın irəli sürdüyü təkliflərin əksəriyyəti bunun əksini deyir: “Əvvəla, şərti 11 təklifin yalnız ikisi Azərbaycanın son 2 ildə irəli sürdüyü 4 vacib şərtin bir hissəsidir. Paşinyan Minsk Qrupunun buraxılması və beynəlxalq hüquqi müstəvidə qarşılıqlı iddialardan imtina edilməsi şərtləri ilə razılaşıb. Həm də Azərbaycanın  sözügedən 4 şərti kompleks xarakterlidir və onlar  yalnız o halda praktik nəticəli ola bilər ki, yarımçıq yox, 4-ü də bütöv  qəbul və icra edilsin. Paşinyanın qəbul etmədiyi digər 2 şərt konstitusiyanın dəyişdirilməsi və sərhədlərdə 3-cü ölkələrin qüvvələrinin yerləşdirilməsindən imtina etməkdir...

Paşinyanın yerdə qalan 9 təklifinin 4-ü Azərbaycanın əvvəlki dövrlərdə imtina etdiyi və ya sülh sazişinə dəxli olmayan məsələlər sırasına atdığı ideyalardı. Bunlar 90 faiz razılaşdırılmış,  yəni yarımçıq hesab etdiyimiz sazişin imzalanması, Paşinyanın mifik "Dünya qovşağı" layihəsi, atəşkəsin pozulması faktlarının birgə araşdırılması mexanizminin işlənməsi və silahlanmaya birgə nəzarət  mexanizmi üzrə danışıqlar aparılması...Bu 4 təşəbbüsün hər  birindən imtina üzrə Azərbaycanın çox aydın arqumentləri var və bu barədə çox deyildiyi üçün təkrar etmirəm”.

A.Quliyev hesab edir ki, Paşinyanın yerdə qalan 5 təklifinin bəzisi  mənasızdır. Məsələn, gərginlik  yaradan nitqlərdən imtina, sülh sazişinin bütün müddəalarının tam və effektiv şəkildə icra edilməsi üzərində işləmək: “Bəzisi isə elə məsələlərdir ki, artıq onlarla bağlı razılaşmanın olmasına baxmayaraq Ermənistan onları icra etmir. Məsələn, itkin düşmüş şəxslərin taleyinin araşdırılması üzərində intensiv işləmək.

Paşinyanın digər 2 “təşəbbüsü” isə delimitasiya və qaçqınlarla bağlıdır ki, Azərbaycan bunların birini Ermənistana zorla qəbul etdirib (delimitasiya), qaçqınlarla bağlı isə Azərbaycanın kompleks təkliflərini Ermənistan hələ də sabotaj etməklə məşğul olur.

Göründüyü kimi, Paşinyanının “təşəbbüsləri” həqiqətdə prosesin irəlilədilməsinə xidmət etmir, əksinə sadəcə “təşəbbüskar” kimi görünmək cəhdidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Yanvar 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri