Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın baş naziri Nikol Paşinyanın Türkmənistanda velosiped sürərkən Azərbaycan mahnısının sədaları altında video paylaşması müzakirələrə səbəb olub. Tənqidlərdən sonra baş nazirin mətbuat xidməti məsələ ilə bağlı açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Ermənistanın Factor.am nəşri məlumat yayıb.
Baş nazirin mətbuat xidmətindən bildirilib ki, Paşinyanın paylaşımında eşidilən musiqi Türkmənbaşı şəhərindəki fəvvarələrdən səslənib. pizza sifarişi
“Baş nazirin paylaşımında eşidilən musiqi fəvvarələrdən gəlir və fəvvarələrin musiqisidir. Video səhər saat 05:30-da çəkilib. Baş nazirin diqqətini də məhz həmin vaxt fəvvarələrin musiqi sədaları altında işləməsi cəlb edib”, – deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Nikol Paşinyan Türkmənbaşı şəhərində velosiped sürərkən çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. O, izləyicilərinə “Sabahınız xeyir, gününüz xoş keçsin, hamınızı sevirəm” sözləri ilə müraciət edib.
Videonun fonunda azərbaycanlı müğənni Zeynəb Həsəninin ifa etdiyi “Aram-aram” mahnısı səslənib. 2023-cü ilin noyabrında yayımlanan mahnı Paşinyanın paylaşımından sonra həm Azərbaycan, həm də Ermənistan sosial şəbəkələrində müzakirə olunub.
Qeyd edək ki, Paşinyan Türkmənistanda MDB ölkələrinin liderlərinin sammitində iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 09 Oktyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















