Paşinyanla mübahisə etdi; İşdən qovuldu
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
May ayının ortalarında Ermənistanın Baş naziri Nikol Paşinyanla mübahisə edən həkim Arpine Soqoyan İrəvan poliklinikasından işdən çıxarılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə həkimin qızı, vəkil Tatevik Soqoyan açıqlama verib.
Mayın 18-də, 7 parlament seçkilərindən əvvəl seçicilərlə görüş zamanı bir qadın Paşinyana yaxınlaşaraq onun vətənini oğurladığını, bütün gənc nəsli məhv etdiyini, uşaqlarını və qardaşını əlindən aldığını deyib.
Cavabında Paşinyan bir daha münaqişə zamanı Qarabağ sakinlərinin qaçdığını bildirib və bütün rəqiblərini məhv edəcəyini vədini verib.
“Siz soruşdunuz ki, anamın Paşinyanla qızğın görüşündən sonra onun işinə nə olub? Cavab verirəm: İrəvan poliklinikasında 21 illik nöqsansız işlədikdən sonra iş ştatlarının ixtisarına görə anamın işdən çıxarılmasına qərarı verildi. Bu, o deməkdir ki, poliklinikada qadın məsləhətxanası olacaq, lakin şöbə müdiri olmayacaq.
Bütün bir inzibati rayondan olan minlərlə qadın, o cümlədən hamilə qadınlar təcrübəli müdir olmadığından nəzarətsiz qalacaqlar”,- deyə Soqoyan “Facebook” sosial şəbəkəsində yazıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 13 İyul 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















