Paşinyanla Qriqoryanın həbsi tələb olunur: Bu yolu Azərbaycana “satıblar
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Birgə” alternativ ictimai-siyasi hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyan və baş nazirin müavini Mher Qriqoryana qarşı cinayət işinin başlanması tələbi ilə Baş Prokurorluğa və İstintaq Komitəsinə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə hərəkatın Koordinasiya Şurası məlumat yayıb.
O cümlədən, hərəkat hökumət başçısına və onun müavininə qarşı Ermənistan Cinayət Məcəlləsinin 299-cu (dövlətə xəyanət) maddəsi ilə cinayət işinin açılmasını və hərtərəfli istintaqa başlanılmasını tələb edir.
Bəyanatda qeyd olunur ki, Gorus-Qafan yolunun Azərbaycana verilməsi faktı dövlətə xəyanət kimi qiymətləndirilə bilər, çünki bu, heç Ermənistan Xarici İşlər Nazirliyində də izlərinə rast gəlinməyən şübhəli sənəd əsasında edilib.
Bununla bağlı, həmçinin toplanmış faktları, arqumentləri və sənədləri nəzərə alan hərəkat bildirir ki, Paşinyan və Qriqoryanın əməllərində cinayət əlamətlərinin olduğunu düşünməyə bütün əsasları var.
“Bizim bu iki yüksək rütbəli dövlət məmurunun Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası epizodu ilə bağlı hərəkətlərini cinayət kimi təsnif etmək üçün bütün əsaslarımız var. Təqsirsizlik prezumpsiyası prinsipini qorumaqla, biz bu hərəkətləri ibtidai istintaq aparılmadan dərhal cinayət kimi tövsif etməkdən çəkinirik”, - bəyanatda deyilir.
Hərəkat hüquq-mühafizə orqanlarından hakimiyyətin hərəkətlərini qərəzsiz öyrənməyi tələb edir.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 29 Noyabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















