Pasiyenti döydüyü iddia edilən sanitar danışdı (Video)
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir.
Gülnar Fərzəliyeva iddia edir ki, ona qarşı xəstəxanada qərəzli mövqe olub. Bu işin başında isə xəstəxananın təsərrüfat müdiri dayanıb.
Səsləndirilən iddialarla bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, sanitar qadının pasiyentə qarşı qeyri-etik davranışı ilə bağlı məsələ araşdırılıb.
Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicədə olan, köməksiz və huşsuz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib. Faktla bağlı müəssisənin Tibbi Şurasında məsələ müzakirə olunub. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, habelə əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 11.07.2026-cı il tarixindən xitam verilib.
Hazirda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 17 Oktyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















