Pasport və sürücülük vəsiqələrini onlayn ala biləcəksiz YENİLİK
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Daxili İşlər Nazirliyi (DİN) bir sıra xidmətlərin (sənədlərin) təkmilləşdirilməsi üzrə layihə hazırlayıb.
Lent.az xəbər verir ki, DİN vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.
Təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər.
Bu təşəbbüs “ölkənin rəqəmsal hökumət” modelinin daha da güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edəcək, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verəcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 15 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















