Icma.az
close
up
RU
Pasportsuz uçuş: Pilotların hüquqi məsuliyyəti

Pasportsuz uçuş: Pilotların hüquqi məsuliyyəti

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Son zamanlar aviasiya sahəsində olan yanlışlıqlar, xüsusilə də pilotların səhvləri geniş müzakirələrə səbəb olur. Təsadüfi deyil ki, yaxın günlərdə baş vermiş bir hadisə - Los-Ancelesdən Şanxaya uçan "Boeing 787" təyyarəsinin pilotlardan birinin pasportunun olmaması səbəbindən geri dönməsi dünya mediasının diqqətini çəkdi. Belə ki, təyyarə Sakit okeanın üzərində olarkən pilot pasportunu unutduğunu anlayıb və iki saat uçduqdan sonra ekipajı dəyişmək üçün təyyarəni geri qaytarıb.

Aviasiya şirkəti təyyarə qayıtdıqdan sonra yeni ekipaj təyin edib və daha sonra sərnişinlərə yemək çeki, eləcə də qeydlərə görə 15 dollar təzminat ödəndikdən sonra uçuşu bərpa edib.

270 nəfərlik bu uçuşda 6 saat gecikməyə səbəb olan hal üçün pilota müəyyən güzəşt edilməlidirmi sualı isə müzakirəyə çevrilib.

Ümumiyyətlə, belə hallarda pilotlar məsuliyyət daşıyırmı? Bu məsələnin hüquqi tənzimlənməsi hansı qaydada həyata keçirilməlidir?

Hər şeydən əvvəl qeyd edək ki, bu vəziyyət yalnız texniki səhvlərdən doğan gecikmələrin deyil, həm də hüquqi və etik məsələlərin yaranmasına səbəb olur. Təbii ki, bu cür hallarda pilotların məsuliyyətləri, aviasiya şirkətləri tərəfindən hansı tədbirlərin görülməsi və sərnişinlərin haqları müzakirə mövzusu olur.

Pilotların pasport unutmaları yeni məsələ deyil və bənzər hadisələr dünyanın müxtəlif yerlərində əvvəllər də baş verib. Məsələn, 2017-ci ildə "Air Canada"nın Toronto-Paris uçuşu zamanı da təyyarənin bir pilotu uçuşdan əvvəl aviasiya sənədlərini unudaraq uçuşa başladığı üçün təyyarə geri qaytarılmışdı. Bu hadisə o vaxt da aviasiya sahəsindəki ciddi təhlükəsizlik tələblərinin nə qədər önəmli olduğunu bir daha gündəmə gətirmişdi.

Analoji xoşagəlməz hadisə 2019-cu ildə də yaşanmışdır. Sərnişinlərə böyük narahatlıq yaradan bu hadisə zamanı da aviasiya şirkəti və sərnişinlər hüquqi məsuliyyətlərə dair müqavilələrə əsaslanaraq müvafiq kompensasiyalar almışdır.

Ən çox rast gəlinən bu cür səhvlərin əsas səbəbi əlbəttə ki, pilotların uçuş qabağı sənədlərini yoxlamaqda səhlənkarlığa yol vermələridir. Pilotların uçuşa çıxmadan əvvəl müvafiq sənədlərinin yoxlanması onların öhdəliyidir. Beynəlxalq müstəvidə aviasiya hüququ hər bir pilotu uçuşdan əvvəl öz sənədlərinin və təhlükəsizlik təlimatlarının düzgünlüyünü təmin etməyi onların üzərinə bir vəzifə olaraq qoyur. Pilotun məsuliyyəti yalnız texniki səhvlərdən ibarət deyil, eyni zamanda şəxsi hazırlıq və məlumatlılıq, uçuş təhlükəsizliyini birbaşa təsir edən faktorlardır.

Pilotların hüquqi məsuliyyətinin hüquqi əsasına gəlincə, bu, aviasiya qanunvericiliyi və müqavilə hüququna əsaslanır. Əgər pilot uçuş üçün lazım olan bütün sənədləri düzgün hazırlamayıbsa və bu nəticədə ciddi gecikmələrə, təyyarənin geri qayıtmasına və ya sərnişinlərin zərər görməsinə səbəb olubsa, o zaman pilotdan təzminat və ya hüquqi cavabdehlik tələb edilə bilər. Bu, həmçinin sərnişinlərin səyahət hüquqlarına da təsir edərək.onlara müxtəlif kompensasiyalar ödənməsini tələb edir.

Bu zaman aviasiya şirkətləri də məsuliyyət daşıyır. Aviasiya şirkətləri pilotun səhvini aradan qaldırmaq üçün əməliyyat idarəetmə prosedurlarını tətbiq etməlidir. "Boeing 787" hadisəsində olduğu kimi şirkətlərin təyyarə geri qaytarma və yeni ekipaj təyin etməsi kimi addımlar atması sərnişinlərin hüquqlarını qorumaq üçün tədbirlər hesab edilə bilər. Lakin bu cür hadisələr sərnişinlərin gecikməsinə səbəb olduğu üçün şirkətlərin də üzərinə kompensasiya və ya digər ödənişlər düşür. Beynəlxalq müqavilələrə görə bu cür hallarda sərnişinlərə uçuş gecikmələri və ya təxirəsalınmalarla bağlı kompensasiya verilə bilər.

Qeyd edək ki, beynəlxalq aviasiya hüququ, xüsusilə də “Beynəlxalq Hava Nəqliyyatı Təşkilatı"nın (ICAO) təlimatları bu cür halların necə tənzimlənməli olduğunu müəyyən edir. ICAO qaydalarına görə pilotun səhvləri və digər əməliyyat problemləri ciddi şəkildə tənzimlənməli və hüquqi çərçivədə qiymətləndirilməlidir. Bu çərçivədə sərnişinlərə kompensasiya ödənməsi, uçuşların təxirə salınması zamanı önəmli hüquqların qorunması məsələləri əsas yer tutur.

Eyni zamanda, bu sahədə olan beynəlxalq hüquqi müqavilələr aviasiya şirkətlərinin sərnişinlərin hüquqlarını təmin etməli olduğunu bildirir. Bu beynəlxalq sənədlərə əsasən təyyarənin geri qaytarılması və ya gecikmə halında sərnişinlərə təzminat verilməsi tələb olunur.

Azərbaycan Respublikasına gəldikdə, ölkəmizdə "Aviasiya haqqında" Qanun Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Göründüyü kimi pilotların səhvləri və aviasiya şirkətlərinin prosedur pozuntuları böyük hüquqi nəticələrə və sərnişinlərin narahatlığına səbəb ola bilər. Hesab edirik ki, bu cür halların qarşısını almaq üçün aviasiya sənayesində təkmilləşmiş yoxlama prosedurları, həmçinin sərnişinlərin hüquqlarını qoruyan tənzimləmələrin tətbiqi zəruridir. Çünki pilotların məsuliyyətləri yalnız şəxsi səhvləri deyil, həm də ümumi təhlükəsizlik prosedurlarının tələblərinə riayət etməyi əhatə edir. Həm də unudulmamalıdır ki, Uluçuşda yaşanan hər hansı bir problem, yalnız aviasiya şirkətinin deyil, həm də bütün aviasiya sektorunun məsuliyyətindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Aprel 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri