Patent sahibinin müstəsna hüquqları ilə bağlı yeni qayda
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayan halların siyahısı genişləndiriləcək.
“Unikal” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, bu Qanun, Avrasiya Patent Konvensiyası və Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolunun müddəalarına xələl gətirmədən patent sahibi tərəfindən və ya patent sahibinin icazəsi ilə istənilən dövlətdə qanuni yolla təsərrüfat dövriyyəsinə daxil edilmiş vasitələrin istifadəsi, istifadə üçün təklif olunması, satışı və idxalı patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Dekabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















