Patriarx Kirill AB nin 21 ci sanksiyalar paketinə daxil edilə bilər KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqının 21-ci sanksiyalar paketinə Rus Pravoslav Kilsəsinin yüksək vəzifəli üzvləri, o cümlədən Patriarx Kirill (əsl adı Vladimir Qundyayev) daxil edilə bilər.
KONKRET.az xəbər verir ki, “Politico” nəşri bu məlumatı AB-nin yeddi rəsmisi və diplomatına istinadən yayıb.
Qeyd edək ki, Kirill Rusiyanın Ukraynaya qarşı tam miqyaslı işğalını dəstəkləyir. Xüsusilə, o, Donbasda “metafizik mübarizə”nin getdiyini söyləmiş və Rusiyanın tarixdə heç kimə hücum etmədiyini iddia etmişdir. O, Böyük Britaniya, Kanada və Çexiyanın sanksiya siyahılarına daxil edilib. Estoniya və Litva ona ölkəyə girişi qadağan edib.
Yeni sanksiyalar paketi həmçinin Rusiyanın “kölgə donanması”na aid tankerlərə, rus banklarına, maliyyə institutlarına, hərbi-sənaye şirkətlərinə və oğurlanmış ukrayna taxılını satan firmalara yönəldiləcək.
Bundan əlavə, Avropa rəsmiləri əvvəllər Macarıstanın keçmiş baş naziri Viktor Orban tərəfindən blok edilmiş sanksiyaların irəliləməsini nəzərdən keçirir.
“Politico” qeyd edir ki, yeni sanksiyaların müzakirəsi erkən mərhələdədir və hələlik nazirlər sadəcə ilkin təkliflərini bildirməlidirlər. 21-ci paketin iyunun sonunda və ya iyulun əvvəlində qəbul edilməsi gözlənilir.
Yeri gəlmişkən, 11 may Avropa diplomatiyasının başçısı Kaja Kallas ukraynalı uşaqların deportasiyasına kömək edən təxminən iki düzə yaxın rusiyalıya qarşı sanksiyaların tətbiqi barədə bəyanat verəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 May 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















