Patriarx Kirill Mariya Zaxarovaya Aleksandr Nevski ordeni verib
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın cəmiyyətdə mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığını bildirib.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Patriarx Kirill bu fikirləri Mariya Zaxarovaya II dərəcəli Müqəddəs Böyük Hersoq Aleksandr Nevski ordeninin təqdim olunması mərasimində səsləndirib. Mükafatlandırma mərasimi bazar günü Xilaskar Məsih Katedralında Patriarx Kirillin rəhbərliyi ilə keçirilən İlahi Liturgiyadan sonra baş tutub və Spas telekanalı vasitəsilə canlı yayımlanıb.
Mərasim zamanı Patriarx Kirill qeyd edib ki, sadiq xristian olan Mariya Zaxarova öz əqidəsinə daim sadiq qalıb və fəaliyyəti ilə bir çox insanın diqqətini Allaha yönəltməsinə töhfə verib. Patriarx Kirill Zaxarovaya ordeni “cəmiyyətdə ənənəvi dəyərlərin qorunmasına verdiyi töhfəyə və 24 dekabrda qeyd etdiyi 50 illik yubileyi münasibətilə” təqdim edib.
Bu mövzuda digər xəbərlər:Patriarx Kirill zərbaycana başsağlığı verib
17 Yanvar 2025 16:03
Patriarx Kirill Azərbaycanda səfərdədir
03 May 2025 15:24
Patriarx Kirill Simonyana orden verdi
06 Aprel 2025 22:39
Patriarx Kirill ölüm hökmünü dəstəklədi
04 Noyabr 2024 19:28
Patriarx Kirill ölüm hökmünü pisləmir
05 Noyabr 2024 15:57
Baxış sayı:77
Bu xəbər 28 Dekabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















