Icma.az
close
up
RU
Patriarx xristianları nüvə silahından qorxmamağa çağırıb

Patriarx xristianları nüvə silahından qorxmamağa çağırıb

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Rusiyanın Patriarxı Kirill deyib ki, xristianlar dünyanın sonundan - qiyamətdən qorxmurlar. Bu səbəbdən də o, xristianları nüvə silahından qorxmamağa çağırıb.
Reyting.az
xəbər verir ki, Patriarx Kirill "nüvə mövzusunda həddindən artıq həyəcan və spekulyasiya”nın zərərindən də söz açıb.
Onun sözlərinə görə, Rusiyanın ali məqsədi "şərə müqavimət göstərməkdir".
Rusiyanın dini rəhbəri XXVI Ümumdünya Rusiya Xalq Şurasının plenar iclasında deyib ki, mümkün görünən apokaliptik ssenarilər ətrafında qorxu yaratmaq və həddindən artıq həyəcan təbili çalmaq, həmçinin nüvə mövzusunda bu cür spekulyasiyalar mənəvi baxımdan da faydalı sayılmır:
“Bəşər övladının düşməni olanlar, insanların iradəsini iflic etmək, şücaətdən məhrum etmək üçün onların qəlbinə qorxu, təşviş səpməyə çalışırlar. Bunun səbəb isə mənəvi aləmdən məhrum olan insanın daha asan manipulyasiyasıdır. Lakin bütün bunlarla birlikdə oyun oynamağa ehtiyac yoxdur. Xristianlar “dünyanın sonu” deyilən həmin gündən qorxmurlar. Çünki biz çox böyük şöhrətə qovuşacaq, pisliyi məhv edən və bütün xalqları mühakimə edə bilən Rəbb İsanı gözləyirik".
Patriarx əlavə edib ki, amma belə bir gözləntinin özü belə "heç də boş oturmaq mənasına gəlmir":
"Əksinə, bizim Yer üzərindəki çağırışımız da şərə müqavimət göstərmək və yüksək əxlaqi idealları müdafiə etmək məqsədilə Rəbbin döyüşçüləri olmaqdır. Bu, Rusiya tərəfinin qarşıya qoyduğu məqsəddir".
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hücumundan, bu dəhşətli müharibə başlayandan bəri, Rusiya prezidenti Vladimir Putin nüvə silahından da istifadənin mümkünlüyünə dəfələrlə eyham vurub. Son aylarda daha tez-tez bu barədə danışan Putinin əsas məqsədi Kiyevin Rusiya ərazisini Qərb silahları ilə vurmaq üçün icazə almasına mane olmaqdır.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri