Patrik Evra: “Tevezə zəng edib dedim ki, səni öldürəcəyəm, ayaqlarını sındıracağam”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Futbol üzrə Fransa milli komandasının sabiq futbolçusu Patrik Evra "Mançester Siti"yə keçən Karlos Tevezi hədələdiyini etiraf edib.
İdman.Biz xəbər verir ki, Patrik Evra bu barədə uzun illər sonra mətbuata açıqlamasında bildirib.
“Ona zəng edib dedim: “Karlito, səni öldürəcəyəm, ayaqlarını sındıracağam!” Bu, çox ağır idi. Belə şeyi qəbul etmək çətindir. Amma düşünürəm ki, bu, bir növ Aleks Ferqyusona qarşı qisas idi. Məhz buna görə məyus olmuşdum. Hər halda, bütün həqiqəti heç vaxt bilməyəcəyik. Amma biz bunun əvəzini baha ödədik. Əgər Tevez "Mançester Siti" ilə müqavilə imzalamasaydı, düşünmürəm ki, onlar çempion olmağa başlayardılar. Özümü aldadılmış kimi hiss edirdim, amma o, yenə də mənim qardaşımdır. Onun seçiminə hörmət etmək lazımdır" - deyə Karlos Tevez qeyd edib.
Qeyd edək ki, Patrik Evra peşəkar futbolçu karyerasını 2019-cu ildə rəsmi olaraq başa vurub. O, sabiq arqentinalı ilə “Mançester Yunayted”də bir müddət bərabər oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 08 Aprel 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















