Patrik Kluivert istefa veürdi
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Tanınmış nideürlandlı sabiq futbolçu və hazırkı baş məşqçi Patrik Kluyvert İndoneziya millisinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, İndoneziya Futbol Federasiyası rəsmi saytında Kluyvert və onun məşqçilər korpusu ilə yollarını ayırmaq qərarını açıqlayıb.
Federasiyanın məlumatına görə, onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bu qərar İndoneziya millisinin DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməməsindən sonra qəbul edilib.
Klyuvertin rəhbərlik etdiyi İndoneziya yığması Asiya zonasının dördüncü mərhələsinə qədər irəliləsə də, burada həm Səudiyyə Ərəbistanına (2:3), həm də İraqa (0:1) məğlub olub.
Qeyd edək ki, Kluivert 2025-ci il yanvarın 8-də İndoneziya millisinin baş məşqçisi vəzifəsinə keçib. O, İndoneziya millisinə səkkiz matçda (dörd məğlubiyyət, üç qələbə və bir heç-heçə) rəhbəelik edib.
Xatırladaq ki, 49 yaşlı Patrik Klyuvertin əvvəlki iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. İndoneziya millisinə əvvəllər cənubi koreyalı mütəxəssis Şin Txe Yon rəhbərlik edib.
Baxış sayı:108
Bu xəbər 16 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















