Patrik Klyuvert bu milliyə baş məşqçi təyin olundu Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Niderland futbolunun məşhur simalarından olan Patrik Klyuvert İndoneziya milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Bu barədə İndoneziya Futbol Assosiasiyasının (PSSI) rəsmi saytı məlumat yayıb.
"İndoneziya Futbol Assosiasiyası Patrik Klyuverti milli komandanın yeni baş məşqçisi olaraq rəsmi şəkildə təyin edib. Niderlandlı məşqçi isə 2025-ci ildən 2027-ci ilə qədər, uzadılma imkanı ilə müqavilə imzalanıb.
Klyuvertin işinə Niderlanddan olan köməkçi məşqçilər, Aleks Pastor və Danni Landzat, eləcə də iki yerli indoneziyalı mütəxəssis kömək edəcəklər," - deyə bəyanatda bildirilib.
48 yaşlı Patrik Klyuvertin əvvəlki iş yeri Türkiyənin "Adana Demirspor" klubu olub. İndoneziya milli komandasına ondan əvvəl Cənubi Koreyalı mütəxəssis Şin Tae-Yon başçılıq edirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 08 Yanvar 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















