Patruşev Odessanı istəyir “Son iki əsrdə Rusiya şəhəri olub”
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Vladimir Putinin köməkçisi Nikolay Patruşev indi də Rusiyanın Ukraynanın Odessa şəhərinə iddia etdiyini deyib.
“AzPolitika” xəbər verir ki, “TASS” agentliyinə müsahibə verən Patruşevin dediyinə görə, Odessa son iki əsrlik tarixi boyu “Rusiya şəhəri olub”.
O iddia edib ki, guya indi bu şəhərin bir çox sakinləri “Ukrayna ilə heç bir əlaqəsinin olmasını istəmirlər”: "Ölkəmiz xalqın iradəsinə hörmətlə yanaşır. Bu, Krımın, Sevastopolun, Donbassın və Novorossiyanın Rusiyanın tərkibinə daxil olması təcrübəsindən aydın görünür".
Putinin köməkçisi əlavə edib ki, Ukrayna regionlarının, o cümlədən Qara dəniz regionunun sakinləri “öz gələcəklərini müəyyən etməlidirlər”.
O əlavə edib ki, Odessa II Yekaterina tərəfindən təsis edilib və sonra Rusiyanın Qara dənizdəki forpostu olub.
“AzPolitika.info”
Baxış sayı:101
Bu xəbər 29 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















