Icma.az
close
up
RU
Patruşevlər ailəsinin 14 milyardlıq əmlakı ifşa edildi

Patruşevlər ailəsinin 14 milyardlıq əmlakı ifşa edildi

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın yüksək elita dairələrinin gizli sərvəti haqqında məlumatlar yenidən gündəmə gəlib.

Tribuna xəbər verir ki, “Proyekt”in apardığı son araşdırma Patruşevlər ailəsinin illərdir kölgədə saxladığı milyardlıq əmlak imperiyasını üzə çıxarır.

“Proyekt” portalının “Atalar və babalar” silsiləsindən yeni araşdırmasına əsasən, FTX-in keçmiş direktoru və Putinin ən yaxın silahdaşlarından biri olan Nikolay Patruşevin qohumlarının sahib olduğu ev və mənzillərin ümumi dəyəri 14 milyard rubldan (təxminən 173 milyon dollar) çoxdur – bu, rus xüsusi xidmətləri rəhbərləri arasında rekord sayıla bilər. Mülklərin böyük hissəsi isə Dmitri Patruşevin faktiki həyat yoldaşı, onun deklarasiyalarında heç vaxt görünməyən Marina Artyomyevanın adına keçirilib.

“Proyekt”in hesablamalarına görə, Artyomyevaya təxminən 6,5 milyard rubl dəyərində əmlak məxsusdur. Bunlara Kremlin qarşısında yerləşən “Zolotoy” yaşayış kompleksində iki mənzil (təqribən 750 milyon), Serebryanı Boruda 40 sot torpaq sahəsi (2,8 milyard), İstra rayonunda Yelena Patruşeva ilə birgə rəsmiləşdirilmiş 70 sotluq torpaq (2 milyard), eləcə də “Moskva-Siti”, “Lotos” və “Vodnıy” biznes mərkəzlərində ümumi dəyəri təxminən 500 milyon rublluq kommersiya obyektləri daxildir.

Marina Artyomyeva kimdir?

Marina Artyomyeva ailənin ən qapalı fiqurudur. O, Patruşev soyadını daşımır və onunla rəsmi nikahda deyil, lakin cütlüyün beş ümumi övladı var.

Dmitri Patruşevlə tanışlığa qədər Marina çox təvazökar yaşayıb: Elektrostalda birotaqlı mənzildə böyümüş, Moskvada kiçik şirkətlərdə sıravi vəzifələrdə işləmişdi. Həyatının dönüş nöqtəsi 2009-cu il oldu: cütlük tanış oldu, bir il sonra isə ilk övladları — qadının babasının şərəfinə Platon adlandırılan oğulları — dünyaya gəldi.

Bundan sonra Artyomyeva əvvəl prodüser işlədiyi “World Fashion Channel”in baş direktoru təyin edildi. Bir qədər sonra isə Patruşevlər ailəsinin “pul kisəsi” adlandırılan milyarder İqor Kesaev kanala nəzarəti onun adına keçirdi. Daha sonra kanal tənəzzül etsə də və hazırda sadəcə moda mövzusunda rusdilli bir sayt kimi fəaliyyət göstərsə də, bu, Artyomyevanın sonrakı illərdə çoxsaylı şirkətlərin sahibi olmasına mane olmadı.

Onun aktivlərinin böyüməsində həyat yoldaşının mövqeyi mühüm rol oynayıb. Məsələn, 2021-ci ildə Dmitri Patruşevin müşahidə şurasına rəhbərlik etdiyi “Rosselxozbank” ona Kreml yaxınlığında mənzil almaq üçün illik cəmi 2% faizlə 700 min avro ipoteka verib. Həmin dövrdə ipoteka faizləri 9% idi və 2014-dən sonra valyutada kreditlər demək olar ki, verilmir.

Patruşevlərin başqa əmlakları kimlərin adınadır?

Təxminən 4 milyard rubl dəyərində daşınmaz əmlak Nikolay Patruşevin keçmiş həyat yoldaşı Yelena Patruşevanın adına rəsmiləşdirilib. İstra rayonundakı torpaq sahəsi ilə yanaşı, ona Serebryanı Boruda 45 sot torpaqla birlikdə böyük bir ev də məxsusdur.

Patruşevin kiçik oğlu Aleksandrın həyat yoldaşı Tatyana Patruşevaya isə Navorijskoye şossesi yaxınlığında Zaxarovo kəndində iki ev (təxminən 2 milyard rubl) və “Krestovskiy 10” klub evində hər biri ümumilikdə 700 milyon rubla yaxın qiymətləndirilən üç mənzil məxsusdur.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Noyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri