Pavel Nedved Fatih Terimin klubunda yüksək vəzifəyə təyin edildi
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çexiya millisinin və “Yuventus”un sabiq futbolçusu Pavel Nedvedin yeni iş yeri müəyyənləşib.
QOL.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı “Əl-Şəbab”ında çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssis "Əl-Şəbab"ın idman direktoru vəzifəsinə təyin edilib.
Nedved 2009-cu ildə futbolçu karyerasını başa vurduqdan sonra “Yuventus”da işləyib. O, əvvəlcə idarə heyətinin üzvü, 2015-ci ildə isə vitse-prezident olub. Pavel Nedved klub rəhbərliyinin qayda pozuntuları etməsi ilə bağlı araşdırmalara görə 2023-cü ilin yanvarında 8 aylıq futboldan uzaqlaşdırılıb.
Qeyd edək ki, "Əl-Şəbab"ın baş məşqçisi məşhur türk mütəxəssis Fatih Terimdir. Hazırda komanda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 23 xalla 6-cı yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 Yanvar 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















