Icma.az
close
up
RU
“Payde”nin futbolçusu: “Rəqibin daha çox qol vəziyyəti oldu”

“Payde”nin futbolçusu: “Rəqibin daha çox qol vəziyyəti oldu”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Biz bu qarşılaşmanın aşkar autsayderi idik. Düşünürəm ki, bacardığımızı etdik. İlk oyunda öz meydanımızda yaxşı nəticə qazandıq, bu gün də istəyimizə çatdıq”.

Bunu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Sumqayıtda “Zirə” ilə heç-heçə edən (1:1) “Payde”nin futbolçusu Henri Anyer deyib.

O, komandasının əlinə düşən imkanlardan səmərəli istifadə etdiyini bildirib.

“Futbolçularımız çox yaxşı mübarizə apardılar. Rəqibin daha çox qol vəziyyəti oldu və doğma azarkeşlər də onları dəstəkləyirdilər. Amma mən komandama inanırdım. Ehtiyat oyunçular skamyasından meydana daxil olan iki təcrübəli futbolçumuz təhlükəlidir. Əllərinə düşən bir imkandan istifadə edib qol vurdular”, - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.

Henri Anyer mərhələ adlamağın klub üçün böyük uğur olduğunu vurğulayıb:

“Biz kiçik ölkəni təmsil edirik. Bu nəticə klubumuz üçün böyük nailiyyətdir. Komandamıza görə çox sevinirəm”.

Futbolçu Azərbaycan futbolu və Bakı barədə də fikirlərini bölüşüb:

“Azərbaycan futbolu haqqında yalnız xoş sözlər deyə bilərəm. Burada güclü çempionat və keyfiyyətli futbolçular var. Bu regionda oyunlar heç vaxt asan olmur. Bakı gözəl şəhərdir, insanlar isə çox mehriban və qonaqpərvərdirlər”.

Anyer meydanda yaşanan gərginliyə də münasibət bildirib:

“Bu, futboldur. Meydanda belə hadisələr baş verir. Sonda hamımız dostuq və komandalar bir-birinə uğurlar arzulayırlar. Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik. Məşqçilərim və futbolçularımızla fəxr edirəm”.

Qeyd edək ki, ilk görüşdə “Payde”yə 0:1 hesabı ilə uduzan “Zirə” iki oyunun nəticəsinə görə Konfrans Liqasında mübarizəni dayandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 İyul 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri