Icma.az
close
up
RU
Payız gəldi, xəstəliklər baş qaldırdı: Nə edək, necə qorunaq? MÜSAHİBƏ

Payız gəldi, xəstəliklər baş qaldırdı: Nə edək, necə qorunaq? MÜSAHİBƏ

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Artıq payız fəsli ölkəmizə qədəm qoyub. Yeni fəslin ilk gününü yaşayırıq.

Payız öz gəlişi ilə birlikdə bir sıra xəstəliklərin yayılmasına və artmasına da zəmin yaradır.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mövzu ilə bağlı Bakıvaxtı.az-a müsahibə verib.

- Payız fəslində hansı infeksion xəstəliklər daha çox yayılır?

- Payız aylarında daha çox qrip və kəskin respirator virus infeksiyaları yayılır. Bunun səbəbləri havanın soyuması ilə əlaqədar insanların daha çox qapalı məkanlarda toplanması nəticəsində yaxın təmasların artması, otaqların az havalandırılması, fəsillə bağlı immunitetin təbii zəifləməsidir. Bundan başqa,  dəyişkən hava şəraitində geyim seçiminin çətin olması nəticəsində tərləmə və ya soyuq qrip və kəskin respirator virus infeksiyalarının yayılmasında rol oynayır.

- Bu xəstəliklərdə risk qrupları kimlərdir?

- Bu tip infeksiyalar üçün 5 yaşın altında uşaqlar, hamilələr, müxtəlif orqanların ağır xroniki xəstəlikləri olan şəxslər əsas risk qrupudur. Eyni zamanda, , 65+ yaşlılar, bir çox səbəbdən immundefisiti olan insanlar da risk qrupu sayılır.

- Bu dövrdə uşaqlar və yaşlılar üçün risklər nələrdir?

- Bu dövrdə yaşlılar və uşaqlar üçün risklər ondan ibarətdir ki, əsasən qrip, bəzi hallarda digər KRVİ-ları ağır keçə və fəsadlaşa bilər. Yəni bu qrup insanlarda xəstəlik daha uzun müddət davam edir, orta qulağın iltihabı, pnevmoniya, az hallarda meningit və ensefalit və s. kimi müxtəlif fəsadlar inkişaf edə bilər.

- İmmuniteti zəif olan şəxslər üçün əlavə hansı tədbirlər görülməlidir?

- Kiçik yaşlı uşaqlar, hamilələr, ahıl insanlar və immuniteti zəif olan və risk qrupuna daxil olan digər şəxslər mütləq qripə qarşı peyvənd olunmalıdırlar. Bu şəxslər respirator və əl gigiyenasına ciddi riayət etməli, əhalinin sıx toplaşdığı yerlərdən yayınmalı, xəstələndikdə dərhal həkimə müraciət etməlidirlər.

- Payızda məktəblərdə infeksiyaların qarşısını almaq üçün valideynlər və müəllimlər nələrə diqqət etməlidir?

- Məktəblərdə payız aylarında KRVİ-larının qarşısını almaq üçün xəstəlik əlamətləri olan uşaqları vaxtında valideynlər və ya bağça və məktəb işçiləri tərəfindən aşkar edərək kollektivdən izolə etmə, sinif otaqlarını tez-tez havalandırmaq tələb olunur. Zəif immunitetli uşaqları qripə qarşı peyvənd etdirmək, habelə lazım gələrsə respirator və əl gigiyenası tədbirlərindən yararlanmaq da vacibdir.

- Hansı simptomlara diqqət etmək lazımdır ki, ağırlaşmadan həkimə müraciət olunsun?

- Bu infeksiyalarla xəstələnmə zamanı hərarət 3-5 gündən çox müddətdə davam edərsə, çox yüksək hərarət olarsa mütləq həkimə müraciət edilməlidir. Eyni zamanda, yuxarı tənəffüs yolları ilə yanaşı digər orqanların zədələnmə əlamətlərinin qoşulması, təngnəfəslik, döş qəfəsində ağrılar, dəri və görünən selikli qişaların göyərməsi, bəlğəmdə qan qarışığının olması, ürəkbulanma və qusma ilə müşayiət edən güclü baş ağrıları və s. kimi əlamətlər olduqda həkimə müraciət qaçılmazdır.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see424

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see143

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see141

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see130

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see129

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see126

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see126

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see120

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see120

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see116

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri