Icma.az
close
up
RU
Payız gələndən qəhvəyi mərmər bağacıqlarında kütləvi artım müşahidə edilir

Payız gələndən qəhvəyi mərmər bağacıqlarında kütləvi artım müşahidə edilir

Icma.az, Azertag saytına istinadən bildirir.

Zaqatala, 13 oktyabr, AZƏRTAC

Üç ildir ki, şimal-qərb bölgəsində, əsasən də Balakən və Zaqatala rayonlarında qəhvəyi mərmər bağacığının kütləvi yayılması halları müşahidə edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin bağacığın kütləvi axını qonşu ölkədən olduğundan Balakən və Zaqatalada müvafiq idarə və təşkilatların iştirakı ilə xüsusi qərargah yaradılıb. Yaz-yay aylarında fındıq və meyvə ağaclarına zərər vuran bağacıqlar payızda qışlama üçün evlərə və ona yaxın tikililərə kütləvi köç edir. Bu isə sakinlərin ciddi narahatlığına səbəb olub. Əməkdaşımız Zaqatalada qəhvəyi mərmər bağacığının sakinlərə vurduğu zərərlə, buna qarşı görülən tədbirlərlə maraqlanıb, mütəxəssislərin rəy və fikirlərini dinləyib.

Qəhvəyi mərmər bağacığının yaratdığı fəsad və problemlərlə təkcə Yengiyan kənd sakini Şaiq Əlixanovun ailəsi deyil, Zaqatala və Balakənin əksər sakinləri qarşılaşıb.

Zərərverici bağacıqlara əslində rayonun əksər yaşayış məntəqələrində rast gəlmək mümkündür. Lakin son vaxtlar daha çox Əliabad qəsəbəsi, Yengiyan, Mosul, Kəpənəkçi və onlara yaxın digər yaşayış məntəqələrində müşahidə olunur. Hazırda bağacıqların qışlama dövrü olduğundan onlar daha çox evlərdə, həmçinin yaxınlıqdakı tikililərdə gizlənir.

Yengiyan kənd sakin Cəsarət Əliməmmədov deyir ki, qapı-pəncərəni nə qədər kip bağlasan belə mümkün deyil. “Pal-paltar, köynək, bir sözlə, nə qədər isti olacaq yer tapırlarsa, ora cumurlar”, - deyən sakin məsələnin həllini ümumilikdə həll etməyin mümkün olacağını əlavə edir.

Sakinlər bağacıqları mexaniki üsulla (əllə - red.), yaxud tozsoranla məhv edib çatdıra bilmədiyindən bitki mühafizə mərkəzinə müraciət etmək məcburiyyətində qalır. Digər kənd sakini İftixar İsmayılov bildirir ki, bağacıqlar bağ-bağçanı sentyabr ayından basıb. Lakin havalar bir qədər soyuyan kimi yaxınlıqda nə qədər tikili, ev, mal tövləsi var, oraya köç edir, gizlənir. Sakinlər hətta nəqliyyat vasitələrində belə bağacıqların gizləndiyini bildirir.

“Səhər-səhər bir az azalır, günortadan sonra bütün divarlar bağacıqlarla dolur. Evin içinə girir, oradan da yorğan-döşəyin arasına keçir”, - deyən İftixar İsmayılovu narahat edən əsas məsələ həm də azyaşlı uşaqlardır. Uşaqları bu böcəklərdən qorumaq üçün tədbir görmələrinə baxmayaraq bəzi hallarda onları da narahat etməsi hallarına təsadüf edilir.

Araşdırmalar göstərir ki, bu böcəklər respublika ərazisinə Gürcüstandan keçib. Daha çox Balakən və Zaqatala rayonları ərazisində yayılıb. Qəhvəyi mərmər bağacığı təsərrüfat əhəmiyyətli zərərvericidir. Tipik qalxanlılara aid bağacıqdır. Digərlərindən fərqli olaraq bu böcəklər daha çox bitkiyə zərər vurur. Bu zərərverici 200-dən artıq bitkiyə ziyan vurur. Qəhvəyi mərmər bağacığı efir yağı tərkibli toksik maddə buraxır.

Balakən regional bitki mühafizə mərkəzinin mütəxəssisi Cahangir Bayramovun sözlərinə görə, bu ilin sentyabrından bağacıqlar kütləviləşib və onlar Zaqatala- Balakən zonasında əhalinin əsas gəlir mənbəyi olan fındıq bağlarına yayılmaqla ciddi zərər vurub. Havaların soyuması ilə qəhvəyi mərmər bağacığının evlərə yayılmasının insanlarda xoşagəlməz hallara, narahatlığa səbəb olduğunu deyən mütəxəssis əlavə edir ki, bununla bağlı mübarizə tədbirləri davam edir. “Hazırda istər Balakən, istərsə Zaqatalanın kənd və qəsəbələrində bizim çiləyici traktorlarımız, müəyyən çiləyici aparatlarımız insan əməyindən istifadə olunaraq dərmanlama işləri görülür”, - deyən Cahangir Bayramov bağacıqların məhv edilməsi istiqamətində əhali ilə birgə fəaliyyət göstərdiklərini əlavə edir.

Qeyd edək ki, bölgələrdə qəhvəyi mərmər bağacığı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müşahidə aparmaqla yanaşı qabaqlayıcı tədbirləri də artırıblar. Hazırda rayonlarda kənd təsərrüfatı bitkiləri və təbii flora üçün təhlükəli hesab edilən qəhvəyi mərmər bağacığının qışlama yerlərində müşahidə tədbirləri aparılır, yerli sakinlər maarifləndirilir, müraciətlər əsasında ərazilərdə kimyəvi tədbirlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see356

Kiyevdə yaralananların sayı 16 ya çatıb YENİLƏNİB 2

29 Noyabr 2025 12:50see171

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see170

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see163

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see139

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see137

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see137

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see136

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see135

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see133

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see132

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see132

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see132

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see126

Mançester Siti dən ayrılacaq İtaliya klublarının transfer mübarizəsi

29 Noyabr 2025 12:52see125

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see124

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see124

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see123

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri