Icma.az
close
up
RU
Payız gəlir, ruh halımız dəyişir: Mövsümi depressiya nədir? AÇIQLAMA

Payız gəlir, ruh halımız dəyişir: Mövsümi depressiya nədir? AÇIQLAMA

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Payız gəldikcə təbiət rənglərini dəyişir, günlər qısalır və günəş işığı azalır. Bir çox insan bu dəyişiklikləri yalnız mövsümün bir hissəsi kimi qəbul etsə də, bəzi hallarda ruh halında əhəmiyyətli dəyişikliklər həvəsin azalması, yorğunluq, yuxululuq, əhval-ruhiyyənin pozulması müşahidə olunur. Bu hallar “mövsümi depressiya” və ya daha çox tanınan adı ilə payız depressiyası adlanır.

Psixoloq Vüsalə Əmiraslanova Ölkə.az-a açıqlamasında bildirib ki, mövsümü olaraq yaz və payız aylarında insanların hava ilə əlaqədar durumlarında köklü dəyişikliklər olur.

Onun sözlərinə görə, bəzən buna payız və yaxud da yaz depressiyası deyilir:

"Bəzən özünə qapanıq insanlar daha çox bu aylarda depressiya yaşayırlar. Bəzən depressiya olmasa belə, ruh hallarının tez-tez dəyişməsini hiss edirik.

Və bu, əlbəttə ki, təkcə günəş enerjisinin azalması ilə bağlı deyil. Ümumiyyətlə, havaların dəyişməsi, insanların daha çox evdə vaxt keçirməsi, açıq havada az hərəkət etməsi, istədikləri zaman gəzə bilməməsi və fiziki aktivliyin azalması da təsir göstərir. Bu vəziyyət daha çox özünə qapanıq, insanlarla ünsiyyətdən çəkinən və psixoloji durumunda müəyyən sıxıntılar yaşayan şəxslərdə özünü daha güclü göstərə bilər

Bəzən biz bu halları şəxsiyyət və xarakter xüsusiyyətlərinə bağlayırıq. Bəzən isə bunları sırf psixoloji və ya psixiatrik problemlərlə əlaqələndiririk. Belə vəziyyətlərdə depressiya və oxşar halların daha çox artması mümkündür. Əgər hər fəsildə, xüsusən payız və yaz aylarında bu halları təkrar-təkrar yaşayırıqsa, mütləq şəkildə psixoloqla məsləhətləşmək, danışmaq və problemin kökünü tapmaq lazımdır.

Əgər özümüz bunu müəyyən edə bilmiriksə, psixiatr və ya psixoterapevtin köməyindən istifadə etmək tövsiyə olunur. Əks halda, əgər bu halları davamlı yaşamırıqsa və bizi ciddi narahat etmirsə, demək ki, bu, yalnız həmin an üçün yaranan ruh halının dəyişməsi olub, yəni bir anlıqdır və ciddi xarakter daşımır".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri