Icma.az
close
up
RU
Payız gəlməmiş xəstəlikləri gəldi Özümüzü necə qorumalıyıq?

Payız gəlməmiş xəstəlikləri gəldi Özümüzü necə qorumalıyıq?

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Payızın gəlişi ilə havalar soyuyur, yağışlar artır və bir çox xəstəliklər daha çox yayılmağa başlayır.

Bəs bu dövrdə sağlamlığımızı necə qorumalıyıq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Etibar Süleymanov bildirdi ki, payız mövsümündə havaların tez-tez dəyişməsi nəticəsində həm mövsümi xəstəliklərin, həm də virus infeksiyalarının artması müşahidə olunur:

"Bu vəziyyətin başlıca səbəblərindən biri havanın sürətlə dəyişməsi nəticəsində geyim seçiminin çətinləşməsi və bədənin temperatur fərqinə uyğunlaşa bilməməsi ilə bağlıdır. Digər tərəfdən məktəblərin və universitetlərin açılması kollektivlərin təmasını artırır, sıxlıq yaradır və bəzi xəstəliklərin yayılmasına səbəb olur".

Həkimin sözlərinə görə, payızda daha çox müşahidə olunan xəstəliklər arasında havadamcı infeksiyalar, qrip, kəskin respirator xəstəliklər, COVID-19 və digər virus infeksiyaları yer alır.

"Eyni zamanda mövsümi xəstəliklər də kəskinləşə bilər. Bunlar arasında müxtəlif allergik xəstəliklər, mədə yarası, revmatik problemlər və s. halları qeyd etmək olar. Vərəm isə əksinə, əhalinin sıx olduğu yerlərdə daşıyıcı varsa, daha çox yayıla bilər. Xəstəliklərin qarşısını almaq üçün bir sıra tədbirlər görülməlidir. Ümumiyyətlə, fiziki hərəkətlərlə bədəni gücləndirmək, meyvə və tərəvəzlərdən bol istifadə edərək vitamin balansını təmin etmək vacibdir. Həmçinin, pnevmoniya və qrip kimi xəstəliklərə qarşı peyvəndlərin vaxtında vurulması tövsiyə olunur. Evdən çıxarkən havanın dəyişmə riskini nəzərə alaraq isti geyim seçmək, çoxlu maye qəbulu və təmiz havada vaxt keçirmək də qoruyucu tədbirlərdəndir. Xəstəlik yayılarsa, sıx olan yerlərdə maskadan istifadə hava-damcı infeksiyalarının qarşısını almağa kömək edir", - deyə E.Süleymanov yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see217

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see210

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see191

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see182

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see174

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see165

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see158

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see146

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri