Icma.az
close
up
RU
Payız modasında parlaq rənglər ön planda olacaq (FOTO)

Payız modasında parlaq rənglər ön planda olacaq (FOTO)

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2027-ci ilin yaz mövsümü üçün keçirilən Kopenhagen Moda Həftəsində və məşhurların geyimlərində parlaq rənglər diqqət çəkib. Payızda canlı qiymətli daş çalarlarının və parlaq rənglərin üstünlük təşkil edəcəyi gözlənilir.

Yay sona yaxınlaşdıqca diqqətlər qarşıdakı payız mövsümünün trendlərinə yönəlir. Cari mövsümdə klassik geyimlər fərqli motiv və naxışlarla tamamlanıb. Yayın sonlarında müşahidə olunan dəb nümunələri isə parlaq rənglərin payızda da aktuallığını qoruyacağını göstərir.

Son günlərdə Kopenhagendə keçirilən 2027-ci ilin yaz mövsümünə həsr olunmuş Moda Həftəsinin iştirakçıları parlaq və təzadlı rənglərdə geyimlərə üstünlük veriblər. Xüsusilə qiymətli daşları xatırladan canlı çalarlar ön plana çıxıb. Kral mavisi və qırmızı rənglərin bir araya gətirilməsi təzadlı görünüş yaradıb.

Payız üçün səciyyəvi isti çalarlar daha parlaq qiymətli daş tonları ilə uzlaşdırılıb. Qara ipək kimi payız qarderobunun klassik elementləri ilə birləşdirilən bu rənglərə həm podiumda, həm də küçə dəbində tez-tez rast gəlinib.

Parlaq rənglər yalnız Kopenhagen küçələrində deyil, Los-Ancelesdə keçirilən qırmızı xalça mərasimlərində və Nyu-Yorkdakı təqdimat tədbirlərində də diqqət çəkib. Bir sıra məşhurlar da geyim seçimlərində parlaq rənglərə üstünlük veriblər.

Ötən çərşənbə axşamı Nyu-Yorkda “Ted Lasso” serialının dördüncü mövsümünün premyerasına qatılan Cuno Templ (Juno Temple) həm Y2K üslubunun yenidən aktuallaşmasını, həm də parlaq rənglərə marağı əks etdirən geyim seçib. “Emmy” mükafatına namizəd göstərilmiş aktrisa Tom Fordun “Gucci”yə rəhbərlik etdiyi dövrə aid 2003-cü ilin yaz kolleksiyasından libas geyinib.

Eyni model libası 2003-cü ildə Cennifer Lopez (Jennifer Lopez) “Gigli” filminin premyerasında geyinib. Templ isə Lopezin şokolad-qəhvəyi rəngli libasından fərqli olaraq, eyni modelin tünd firuzəyi çalardakı variantına üstünlük verib. Libas dərin V formalı dekoltesi və korset üslublu biçimi ilə seçilib.

Cuno Templ kimi Monika Barbaro (Monica Barbaro) da “One Night Only” turnesi çərçivəsində parlaq rəngli geyimə üstünlük verib. O, “Troxopulu” tərəfindən hazırlanmış qısa minidres geyinib. Qırmızı və ağ üfüqi zolaqlar optik effekt yaradıb, geyimin əsas diqqətçəkən xüsusiyyəti isə parlaq rəng seçimi olub.

2026-cı ilin payız kolleksiyaları qarşıdakı mövsüm üçün bir sıra trendləri ön plana çıxarıb. Şişirdilmiş proporsiyalar, damalı naxışlar və tünd yarpaq motivləri podiumlarda nümayiş etdirilib. “Celine”, “Prada”, “Balenciaga” və “Akris” kimi brendlərin kolleksiyalarında açıq çəhrayı və qırmızı rənglərdə cəsarətli dizaynlar təqdim olunub.

2025-ci ilin iyununda keçirilən 2026-cı ilin yaz kolleksiyalarının təqdimatlarından sonra alıcılar dizaynerlərin rəng seçimlərini müsbət qiymətləndiriblər. “Dior” və Villi Çavariyanın (Willy Chavarria) kolleksiyalarında parlaq və ifadəli rənglərdən geniş istifadə olunub. Kopenhagen Moda Həftəsində nümayiş etdirilən küçə dəbi, məşhurların son geyim seçimləri və əvvəlki mövsümlərdə müşahidə olunan tendensiyalar parlaq rənglərin payızda da aktuallığını qoruyacağını göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Avqust 2026 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see381

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see296

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see294

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see282

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see270

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see269

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see259

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see249

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see246

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see245

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see239

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see232

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see230

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see229

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see222

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see220

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see217

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see213

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see209

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri