Icma.az
close
up
RU
Payız yaxınlaşır, xoşagəlməz xəbərlər yayılır Əhalini hansı “sürpriz”lər gözləyir?

Payız yaxınlaşır, xoşagəlməz xəbərlər yayılır Əhalini hansı “sürpriz”lər gözləyir?

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda yeni mövsümə hazırlıqlar davam edir. Bir neçə günə istər iş, istərsə də tədris ili ilə əlaqədar paytaxtda, o cümlədən bölgələrdə qaynar həyata start veriləcək. Paralel olaraq ölkədə bir sıra məsələlər də aktuallaşıb. Xüsusilə payız aylarından etibarən bəzi sahələrdə bahalaşma riski müzakirə obyekti olub. Hazırda ictimai nəqliyyatda gedişhaqqının artması, devalvasiya ehtimalı və yeni qiymət dalğası gündəmdədir.

Payızda Azərbaycanda əhalini hansı “sürpriz” gözləyir?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, payız mövsümündə vətəndaşları qiymət artımı ilə əlaqədar hər hansı “sürpriz” gözləmir:

“İctimai nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı yayılan şayiələr həqiqəti əks etdirmir. Müvafiq qurumlar da bununla bağlı açıqlama verdi. Ümumiyyətlə, ilin sonuna yaxın əsasız qiymət artımı iqtisadi cəhətdən mümkün deyil. Devalvasiya haqda səsləndirilənlər də reallıqdan uzaqdır. Bu  sahədə mütəxəssis olmayan və yalan məlumat yayaraq diqqət çəkməyə çalışan şəxslərin fikirlərinə əhəmiyyət vermək lazım deyil”.

Günay Hüseynova

Ekspert qeyd edib ki, devalvasiyanın baş verməsi üçün ciddi iqtisadi səbəblər olmalıdır:

“Dövlət büdcəsinin əsas hissəsini neft gəlirləri təşkil edir. Hazırda “qara qızıl”ın qiyməti enmir, əksinə artır. Neft gəlirləri hesabına qeyri-neft sektorunun inkişafına da dövlət dəstəyi göstərilir. Bundan başqa, büdcəmizdə profisit yaranıb, inflyasiya sabitdir, xarici aktivləri artırmaq üçün investisiyalar yatırılır. Əgər devalvasiya riski real olsaydı, bu göstəricilər mövcud olmazdı. Xarici valyuta ehtiyatları kifayət qədərdir və milli valyutanın sabitliyinin qorunması üçün davamlı tədbirlər görülür”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri