Icma.az
close
up
RU
Payızda bazarda gözlənilən vəziyyət: Bu məhsullar bahalaşacaq

Payızda bazarda gözlənilən vəziyyət: Bu məhsullar bahalaşacaq

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Yay mövsümündə yerli istehsal hesabına bazarlarda tərəvəz və meyvələr bol, qiymətlər isə ucuz olur.

Amma payızda məhsulların azalması və hava şəraiti təsiri ilə bəzi tərəvəz və meyvələrin qiymətlərində artım olur.

Bəs payızda bazarlarda bizi nələr gözləyir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, yay mövsümü adətən kənd təsərrüfatı məhsullarının bolluğu ilə seçildiyi üçün, bazarlarda ucuzluq dövrü hesab olunur:

“Xüsusilə meyvə-tərəvəz məhsulları bol olur - pomidor, xiyar, badımcan, qarpız, yemiş, şaftalı, gilas və sair. Nəticədə də qiymətlərin aşağı düşməsinə səbəb olur. Bildirim ki, ötən il olduğu kimi, bu il də yay mövsümündə meyvə-tərəvəzlərinin qiyməti o qədər də ucuz olmadı.

Pomidorun qiyməti 1 manatdan yenicə bir qədər aşağı düşüb, qarpız 70 qəpiyə, yemiş isə 1 manata satılır. Amma payızda vəziyyət bir qədər də dəyişə bilər. 

Sentyabr-oktyabr aylarında hələ də bəzi məhsulların mövsümünün sonu olduğuna görə münasib qiymət müşahidə olunsa da, oktyabrın sonlarından etibarən bəzi məhsullarda bahalaşma başlaya bilər”.

Onun sözlərinə görə, mövsüm bitdikcə tərəvəz və meyvələrin qiyməti arta bilər:

“Açıq sahə məhsullarının mövsümü başa çatdıqca xiyar, pomidor, bibər və s. tərəvəzlər ya istixanalardan, ya da idxaldan gələcək. Bu da qiymət artımına səbəb olacaq. Badımcan, lobya, yaşıl noxud mövsüm sonlandıqca bazarda azlıq təşkil edəcək və qiymətlər arta bilər.

Kartof və soğan gəldikdə, əgər məhsul yığımında azalma və ya ixrac artımı olarsa, bu iki əsas məhsulun da qiymətində artım mümkündür. Alma, armud və heyva mövsümün əvvəlində ucuz olsa da, saxlama xərcləri və tələbat artdıqca qiymət tədricən qalxa bilər”.

Ekspert qeyd edib ki, çörək məhsulları bahalaşa bilər, amma payızın mövsümi tərəvəz və meyvələri ucuz qalacaq:

“Çörək və un məhsullarının qlobal buğda bazarındakı dalğalanmalar, enerji qiymətləri və daşınma xərcləri ilə əlaqədar bahalaşma riski var.
Nisbətən qiymətləri sabit və ya ucuz ola biləcək məhsullara nar, üzüm və heyvani aid etmək olar. Bunlar payızın əsas mövsüm məhsullarıdır. 

Bolluq dövründə qiymətləri münasib qalacaq. Kələm, kök və çuğundur mövsümün ortasında və sonlarında bol yığıldığı üçün qiymətlər nisbətən stabil qalacaq.

Payızın əvvəlində mövsümi məhsulları toplu şəkildə alıb, konservləşdirmək və ya dondurmaq qənaət baxımından faydalıdır.
Anbar və saxlama şəraiti olanlar üçün kartof, soğan, alma kimi məhsulları erkən alıb saxlamaq sərfəli ola bilər”.
Gülər
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri