Icma.az
close
up
RU
Payızda yerli turistlər Azərbaycanın hansı rayonlarına axın edirlər? AÇIQLAMA

Payızda yerli turistlər Azərbaycanın hansı rayonlarına axın edirlər? AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Payız fəsli Azərbaycanda turizmin ən gözəl və canlanma dövrlərindən biri sayılır. Havanın sərin və rahat olması, təbiətin qızılı və narıncı rənglərə bürünməsi ölkənin müxtəlif bölgələrinə olan marağı xeyli artırır.

Bəs payız fəslində Azərbaycan turizm necə inkşaf edir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev qeyd etdi ki, payız fəsli Azərbaycanda turizmin sakit, lakin sabit inkişaf dövrü hesab olunur:

"Havanın mülayim keçməsi, təbiətin rəngarəng mənzərələri və kənd təsərrüfatı mövsümünün fəallığı həm yerli, həm də xarici turistləri ölkəmizin müxtəlif bölgələrinə cəlb edir. Hazırda daxili turizmdə əsas axın Qəbələ, Şəki, Oğuz, Quba, Qusar, İsmayıllı, Lənkəran və Lerik istiqamətlərinə müşahidə olunur. Bu bölgələrdə həm kənd turizmi, həm də ekoturizm formaları daha çox inkişaf edir. Məsələn, Şəki və Qəbələdə payız festivalları və mədəni irs marşrutları, Quba və Oğuzda isə meyvə və təbiət turları populyarlıq qazanır. Payız dövrü həmçinin mədəni və tarixi turizmin aktivləşdiyi mərhələdir. Turistlər sərin hava şəraitindən istifadə edərək, qədim qalalar, memarlıq abidələri və muzeylərə daha çox üz tuturlar. Bununla yanaşı, regionlarda keçirilən “Üzüm”, “Bal”, “Qoz” kimi festivallar yerli icmaların iqtisadi fəallığını artırır və dayanıqlı turizmin inkişafına xidmət edir. Ümumilikdə, payız turizmi Azərbaycanın təbiətinin və mədəni irsinin bir-birini tamamladığı ən gözəl dövrlərdən biridir. Bu potensialdan daha səmərəli istifadə edilməsi üçün bölgələrdə infrastrukturun gücləndirilməsi, yerli bələdçilərin hazırlığı və turizm marşrutlarının yenilənməsi vacibdir".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri