Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Paylaşılmış suverenlik oyunu Fransa müstəmləkəçiliyi davam etdirir?

Paylaşılmış suverenlik oyunu Fransa müstəmləkəçiliyi davam etdirir?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FİD) 2025-ci ilin iyul ayında imzalanmış Bujival razılaşmasına dair rəsmi mövqeyini bildirib.

Oxu.Az xəbər verir ki, FİD cari ilin 25 iyul tarixində bu razılaşmanın Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnun tam və səmərəli həyata keçirilməsi, eləcə də beynəlxalq hüququn məcburilik (imperativ) prinsiplərinin tam etibarlılığının təmin olunması məsələlərində dərin narahatlıqlarını ifadə edib.

Qeyd edək ki, Bujival razılaşması 2025-ci ilin 12 iyul tarixində Paris yaxınlığındakı Bujival şəhərində Fransa və Kanaki (Yeni Kaledoniya) siyasi qüvvələri arasında imzalanmış razılaşmadır. Bu sənəd Yeni Kaledoniyanın statusu ilə bağlı yeni siyasi çərçivəni müəyyən edir və ərazinin Fransanın tərkibində qalması şərti ilə "Yeni Kaledoniya dövləti" kimi xüsusi statuslu muxtar qurum kimi tanınmasını nəzərdə tutur.

Razılaşmaya əsasən, Kanaki sakinləri həm fransız, həm də yeni yaradılacaq "Kaledoniya vətəndaşlığı"na malik olacaqlar. Bundan əlavə, sənəd dövlətin suverenlik hüququnun mərhələli şəkildə genişləndirilməsi, xüsusilə müdafiə, təhlükəsizlik və digər sahələrdə dövlət səlahiyyətlərinin tam ötürülməsi kimi məsələləri ehtiva edir. Bununla yanaşı, razılaşmanın qüvvəyə minməsi üçün 2026-cı ildə Yeni Kaledoniyada keçirilməsi nəzərdə tutulan referendumun müsbət nəticəsi vacib şərtdir.

Beynəlxalq Dekolonizasiya Cəbhəsi Bujival razılaşmasından əvvəlki 1988-ci ildə imzalanmış Numea razılaşmasına diqqət çəkərək qeyd edir ki, bu saziş yerli Kanak xalqına özünüidarə və siyasi iştiraka dair ilkin hüquqi əsasları yaradaraq, gələcəkdə müstəqillik əldə etmək imkanlarının formalaşmasına zəmin yaradıb. Lakin 2024-cü ilin may ayında Fransanın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi zorakılıq aktları nəticəsində azadlıq hüququnu tələb edən Kanak xalqı ciddi təzyiqlərə məruz qalıb, bununla yanaşı, 14 mülki şəxs həyatını itirib. Bu faciəli hadisələr və sonrakı siyasi proseslər göstərir ki, mövcud vəziyyət nə dayanıqlı sülhün təmin olunmasına, nə də Kanak xalqının öz suverenliyinin tam şəkildə tanınmasına gətirib çıxarmayıb. Beləliklə, dekolonizasiya prosesi hələ də yekunlaşmayıb və tam reallaşmayıb.

FİD xüsusi olaraq Bujival razılaşmasında əks olunan "paylaşılmış suverenlik" nəzəriyyəsinin, habelə "ikili vətəndaşlıq" anlayışının Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etmək baxımından yetərli olmadığını bir daha vurğulayıb. Kanak xalqının ayrılmaz və suveren hüququ hesab edilən öz müqəddəratını təyinetmə hüququnun həm Fransanın öz Konstitusiyasında, həm də beynəlxalq hüququn fundamental sənədi sayılan BMT-nin 1514 (XV) saylı qətnaməsində tam şəkildə hüquqi təminat verildiyini diqqətə çatdırır.

"Əgər razılaşmada dekolonizasiya və azadlığa aparan yolda yeni mərhələ ifadəsi istifadə edilirsə, bu mərhələdə müstəqilliyə tam nail olmaq məqsədilə asılılıq münasibətlərinin qorunub saxlanılması, yalnız institusional tənzimləmələrlə məhdudlaşması qəbuledilməzdir və beynəlxalq hüququn öz müqəddəratını təyinetmə prinsipinlərində zəruri və fundamental xarakter daşıyır. Müdafiə, pul vahidi, təhlükəsizlik, ictimai asayiş, ədliyyə, qanunvericiliyin icrası və büdcə nəzarəti kimi dövlət səlahiyyətlərinin Yeni Kaledoniyaya ötürülməsi yalnız Yeni Kaledoniya konqresində üçdə iki və ya beşdə üç səs çoxluğu ilə qəbul edilmiş qətnamə ilə və yerli əhalinin iştirakı ilə aparılacaq məsləhətləşmələrin yekunlaşmasından sonra mümkün olacaq", - sənəddə qeyd edilir.

FİD bəyan edir ki, Yeni Kaledoniya müdafiə, təhlükəsizlik və maliyyə siyasəti sahələrində Fransa ilə sıx əməkdaşlıq şəraitində "yaxından iştirak" etsə də, əsas səlahiyyətlərin hələ də Fransa Respublikasının icra orqanları tərəfindən həyata keçirilməsi davam edir. Bu cür intensiv "yaxından iştirak" forması nə qədər sıx əməkdaşlığa əsaslansa da, tam dövlət suverenliyini əvəz etmir. Yeni Kaledoniyanın Fransa Respublikasının milli bütövlüyü çərçivəsində tanınması məhdud muxtariyyət formasında deyil, öz müqəddəratını təyinetmə hüququna əsaslanan tam suveren dövlət kimi müstəqillik perspektivləri əsasında həyata keçirilməlidir.

FİD qəti şəkildə qeyd edir ki, Yeni Kaledoniyanın statusu Fransa Respublikası daxilində məhdud muxtariyyət çərçivəsində deyil, öz müqəddəratını təyinetmə hüququna əsaslanan tam suveren dövlət statusunda müəyyən edilməlidir. Kanak xalqının öz müqəddəratını maneəsiz şəkildə, tam şəffaflıq və dürüstlük prinsiplərinə uyğun olaraq həyata keçirməsi beynəlxalq hüququn fundamental normalarından biridir.

Yekun olaraq, Beynəlxalq Dekolonizasiya Cəbhəsi Fransanı beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə öz müqəddəratını təyinetmə və müstəmləkəçilikdən azad olma hüquqlarına ciddi şəkildə riayət etməyə çağırır. Sənəddə bir daha qeyd edilir ki, dekolonizasiya prosesinin qətiyyətlə irəli aparılması zəruridir və bu mərhələdə Kanak xalqının Fransa ilə mövcud siyasi münasibətlərindən asılı olmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən tam suveren xalq kimi tanınması təmin edilməlidir.

Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FİD) 2024-cü ilin 17-18 iyul tarixlərində Bakı şəhərində, Bakı Təşəbbüsü Qrupunun dəstəyi və Qvadelupun Azadlığı Naminə Xalq Birliyinin (UPLG) təşkilatçılığı ilə təsis edilib. FİD-in yaradılmasında Fransanın və Niderlandın müstəmləkə siyasətindən əziyyət çəkən regionlardan olan 17-dən artıq siyasi partiya və müstəqillik hərəkatının nümayəndələrinin iştirak edib.

Bu beynəlxalq qurumun əsas məqsədi müstəmləkəçilik siyasətinə qarşı mübarizəni gücləndirmək, müstəmləkə olunmuş xalqların öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq aləmdə tanınması və həyata keçirilməsi istiqamətində müxtəlif ölkə və təşkilatlar arasında birgə əməkdaşlığı inkişaf etdirməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyul 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri