Paytaxt dəyişdirilir Qonşu ölkədə
İran prezidenti Məsud Pezeşkian hökumətin iclasında İslam respublikasının paytaxtının köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Bu barədə İSNA agentliyi məlumat yayıb.
Məlumata görə, prezident planın hazırlanmasına məsul vəzifəsini birinci müavini Məhəmməd Rza Arefi təyin edib.
"Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər", - Pezeşkian qeyd edib.
![see](https://icma.az/template/assets/see.png)