Icma.az
close
up
RU
Paytaxt Gəncəyə köçürülə bilər? KONKRET

Paytaxt Gəncəyə köçürülə bilər? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın əhalisinin, iqtisadi fəaliyyətinin və dövlət idarəçiliyinin əsas hissəsinin Bakıda cəmləşməsi uzun illərdir müzakirə olunan məsələlərdəndir. Paytaxtda artan əhali və nəqliyyat sıxlığı, ekoloji yük, eləcə də infrastruktur problemləri fonunda dövlət idarəçiliyinin daha balanslı təşkili məqsədilə paytaxtın Gəncə şəhərinə köçürülməsi ilə bağlı zaman-zaman müxtəlif təkliflər səsləndirilir.

Bəs belə bir addım mövcud problemlərin həllinə nə dərəcədə töhfə verə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, dünya təcrübəsində müxtəlif səbəblərdən paytaxtların köçürüldüyü nümunələr mövcuddur:

“Müxtəlif dövrlərdə və müxtəlif ölkələrdə paytaxtların köçürülməsi halları olub. Adətən bu qərarlar təhlükəsizlik, siyasi və ya demoqrafik səbəblərlə əlaqədar qəbul edilir.

Bu gün Azərbaycanın demək olar ki, bütün əsas resursları Bakıda cəmləşib. Bu vəziyyət regionların inkişafını ləngidir, eyni zamanda paytaxtın həddindən artıq yüklənməsinə və qeyri-normal inkişaf istiqamətinə səbəb olur. Ancaq düşünmürəm ki, paytaxtın Gəncəyə köçürülməsi bu problemi həll edər.”

Siyasi partiya sədri hesab edir ki, belə bir qərar qəbul olunarsa, Gəncə də zamanla Bakının kiçik modelinə çevriləcək:

“Gəncə Azərbaycanın ikinci böyük şəhəridir və kifayət qədər əhaliyə malikdir. Paytaxt ora köçürülsə, nəticədə Gəncə də Bakının üzləşdiyi problemlərlə qarşılaşacaq. Vaxtilə Yevlaxın paytaxt olması təklif edilirdi. Hətta yeni şəhərin salınaraq paytaxtın ora köçürülməsi ideyası da səsləndirilmişdi. Qarabağ işğaldan azad olunduqdan sonra Ağdamın paytaxt olması ilə bağlı təkliflər də gündəmə gəlmişdi.”

Tural Abbaslı vurğulayıb ki, paytaxtın köçürülməsi Bakının nə ekoloji yükünü, nə də digər problemlərini effektiv şəkildə həll edə bilər:

“Bu proses milyardlarla dollar vəsait tələb edir. Həmin maliyyəni paytaxtın köçürülməsinə deyil, iqtisadiyyatın regionlar üzrə şaxələndirilməsinə yönəltmək daha məqsədəuyğun olardı. Regionlarda yeni iş yerləri açılmalı, investisiyalar artırılmalıdır. İnsanlar öz bölgələrində işləyib qazanc əldə

etməlidirlər ki, regionlar boşalmasın və bütün iqtisadi yük yalnız Bakının üzərinə düşməsin. Məncə, paytaxtın köçürülməsi çıxış yolu deyil.”

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 İyul 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri