Paytaxt klubundan radikal addım Bütün məşqçilər yola salındı
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Azərbaycan II Liqasının iddialı komandalarından olan "Şəfa"da gözlənilməz məşqçi istefası reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisinin baş məşqçisi Nadir Əliyev istefaya göndərilib.
Onunla yanaşı bütün məşqçilər korpusunun üzvləri - Eşqin Quliyev, Mahir Əliyev və qapıçı məşqçisi Elçin Sadıqovla da yollar ayrılıb. Hətta komandanın bir neçə oyunçusuna da qapını göstərən rəhbərliyin bu addımı atmasına səbəb son iki turdakı nəticələrdir. "Şəfa" "Şahdağ Qusar"a 1:7 hesabı ilə uduzaraq liderliyi əldən verib. Son turda isə aşkar autsayder "Füzuli" üzərində inamsız (2:1) qələbə rəhbərliyi razı salmayıb.
Artıq yeni çalışdırıcının kim olacağı da bizə bəllidir. Nadir Əliyevi Elgiz Kərimlinin əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, "Şəfa" ilk dövrədən sonra hazırda 34 xalla 2-ci yerdə qərarlaşıb və liderdən cəmi 2 xal geri qalır.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 19 Dekabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















