Paytaxt məktəblərində Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş sinifdaxili tədbirlər keçirilib, təhsil müəssisələrinin pedaqoji kollektiv və şagirdlərinin Şəhidlər xiyabanına ziyarətləri təşkil olunub.
BŞTİ-dən 525.az-a bildirilib ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar keçirilən tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verilib, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əsl qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilib.
Qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixində istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. 36 il ötməsinə baxmayaraq, bu tarix xalqımızın müstəqillik, milli məfkurə uğrunda ayağa qalxdığı, azadlıq üçün qurban getməyə hazır olduğunu sübut etdiyi gün kimi daim xatırlanacaq. Xalqımızın mübarizə tarixinin 20 Yanvar səhifəsinin gənc nəsillər tərəfindən hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
Tədbirlərdə şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 19 Yanvar 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















