Icma.az
close
up
RU
Paytaxt məktəblərində valideyn konfransları başa çatıb

Paytaxt məktəblərində valideyn konfransları başa çatıb

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə keçirilən valideyn konfransları başa çatıb.

Bu barədə SİA-ya BŞTİ-dən məlumat verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində sonuncu görüşlər Nizami rayonu üzrə 32, Qaradağ rayonu üzrə 253 nömrəli tam orta ümumtəhsil məktəblərində təşkil olunub.

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə valideyn-məktəb əməkdaşlığının gücləndirilməsinə xidmət edən valideyn konfranslarının mühüm platforma olduğunu vurğulayıb, valideynlərlə təhsil işçiləri arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsi, açıq dialoqun qurulması və təhsil prosesində məsuliyyətin bölüşdürülməsi işinə töhfə verəcəyinə inandığını söyləyib. Müdir müavini konfranslarda valideynlərin rəy və təkliflərinin dinlənilməsi, mövcud problemlərin birgə müzakirəsi və həlli yollarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətindən danışaraq qeyd edib ki, bu cür görüşlər məktəb icmasının vahid komanda kimi formalaşmasına şərait yaradır, təhsilin yalnız məktəbin deyil, ailə və cəmiyyətin birgə məsuliyyəti olduğunu göstərir.

MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin əməkdaşı Aygün Bayraməliyeva, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova uşaqların təhlükəsizliyi, fiziki, psixoloji və emosional inkişafı üçün məktəb-ailə əməkdaşlığının vacibliyindən danışıb, belə görüşlərin valideynlərin təhsil prosesində daha fəal iştirakı və uşaqlarla aparılan maarifləndirmə işinin genişləndirilməsinin əhəmiyyətindən söz açıblar. Bildiriblər ki, valideynlərin məktəb həyatında rolu yalnız övladlarının akademik göstəricilərinə deyil, həm də sosial davranışlarının formalaşmasına da birbaşa təsir göstərir.

“Uşağın psixoloji və emosional inkişafı”, “Uşaqların kiberzorakılıqdan qorunması, internetdə davranış qaydaları və risklərin tanıdılması” mövzularında təqdimatlarla çıxış edən psixoloq Səidə Əhmədova valideynləri övladlarının emosional vəziyyətini düzgün qiymətləndirməyə, uşaqlarla açıq ünsiyyət qurmağa və onların sosial şəbəkələrdə qarşılaşa biləcəyi riskləri öyrənməyə çağırıb. Psixoloq, həmçinin valideynlərə praktik tövsiyələr verərək uşaqların stres və narahatlıq hallarının vaxtında aşkar edilməsi, onlara internet resurslarında təhlükəsiz davranış qaydalarının öyrədilməsi yollarını təqdim edib.

Daha sonra iştirakçılarla müxtəlif mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşaqların hərtərəfli inkişafına dəstək vermək, həmçinin təlim-tərbiyə prosesində valideynlərin iştirakını davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq etməkdən ibarətdir.

Valideyn konfranslarına informasiya dəstəyini Təhsil TV və “Azərbaycan müəllimi” qəzeti göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Dekabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri