Paytaxt məktəblərinin 5 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 23 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, martın 15-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdləri Bəxtiyar Həsənli və Rafiq Vəlizadə, Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri Nəslihan Məmmədli, Zəhra Xammədova, 18 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Zəhra Zərbəliyeva 300 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 Aprel 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















