Paytaxt məktəbliləri II Beynəlxalq Turan Film Festivalında
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxt məktəbliləri Türkiyənin İzmir şəhərində keçirilən II Beynəlxalq Turan Film Festivalında mükafata layiq görülüblər.
Bu barədə mətbuata Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri olan 116 nömrəli tam orta məktəbin şagirdləri 10 yaşlı Kövsər Qurban və 7 yaşlı İnci Qurban “Özəl prestij mükafatları - gənc istedad mükafatı”na layiq görülüb və “Qızıl alma” kuboku ilə təltif ediliblər. Azərbaycan məktəbliləri hazırladıqları qısametrajlı animasiya filmləri ilə türkdilli ölkələr arasında festivalın yeganə kiçikyaşlı qalibləridir.
Qeyd edək ki, II Beynəlxalq Turan Film Festivalına 80 ölkədən 1675 film göndərilib. On bir film mükafata layiq görülüb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 14 May 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















