Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb. 2026-2027-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 296 ümumi təhsil müəssisəsində təşkil olunan məktəbəhazırlıq qruplarına 17 min 622 uşaq qeydiyyatdan keçib.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məşğələlər “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” istiqamətlərini əhatə edir.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəbə psixoloji hazırlığını və dayanıqlığını artırmaq, onları təhsil mühitinə uyğunlaşdırmaq, həmçinin ünsiyyət və birgə fəaliyyət bacarıqlarının inkişafını təmin etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 01 Oktyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















