Icma.az
close
up
RU
Paytaxt yollarında hərəkət edən sürücülər üçün VACİB XƏBƏR KONKRET

Paytaxt yollarında hərəkət edən sürücülər üçün VACİB XƏBƏR KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Dünyanın hər yerində yol-nəqliyyat hadisələri baş verir. Ancaq əsas məsələ qəzanın baş verməsi deyil, onun nəticələridir. Bu baxımdan “Vision Zero” adlı məşhur konsepsiya diqqətəlayiqdir. Konsepsiyanın əsas ideyası budur: insan səhv edə bilər, lakin bu səhvin nəticəsində insan həyatını itirməməlidir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. O, paytaxt ərazisində baş verən qəzalara diqqət çəkib:

“Hər bir qəzanın səbəbi və nəticəsi ciddi şəkildə araşdırılmalı, qəza ocaqları müəyyən edilməli və aradan qaldırılmalıdır. Bu səbəblər arasında avtomobilin texniki nasazlığı, mövsümə uyğun olmayan təkərlər, sürət tələblərinə əməl olunmaması, sürücünün yuxusuzluğu və ya diqqətsizliyi kimi amillər yer ala bilər.

Son illərdə Bakı və Abşeron yarımadasında yol təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər görülüb. Sürət həddi azaldılıb, eyni zamanda bu həddi aşanlara qarşı cərimələr artırılıb. Lakin bu tədbirlərlə yanaşı, tıxacın qarşısını alan və sürətə nəzarət edən infrastruktur elementlərinin – küçələri sakitləşdirən vasitələrin – də artırılması vacibdir. Əgər yüksək sürətə imkan verən yollar yaşayış məntəqələrinin yaxınlığından keçirsə, bu ərazilərdə daha az sürətli, iki zolaqlı alternativ yolların salınmasına ehtiyac var. Həmin yollar ictimai nəqliyyatın daha təhlükəsiz hərəkətini təmin edir”.

Ekspert qeyd edib ki, yaşayış məntəqələrinə yaxın ərazilərdə piyadaların təhlükəsiz keçidi üçün daha müasir, müxtəlif səviyyəli, bariyersiz keçidlərin sayı artırılmalıdır:

Yolun bir tərəfindən digərinə keçmək insanların zəruri ehtiyacıdır. Bütün bunlarla yanaşı, belə ərazilərdə yerləşən səkilərin vəziyyəti də mütəmadi yoxlanmalı və təkmilləşdirilməlidir. Yol təhlükəsizliyi bir-biri ilə bağlı sistemlərin fəaliyyətindən asılıdır. Əgər yolda dayanacaq mövcuddursa, həmin dayanacağa aparan səki də müvafiq şəkildə rahat və təhlükəsiz olmalıdır. İnsanlara rahat hərəkət imkanları yaradıldıqca qəza riski də azalır.

Nəhayət, qoyulmuş sürət həddinə riayət etmək hər bir sürücünün borcudur. Xüsusilə küləkli, yağışlı və qarlı hava şəraitində sürətə nəzarət daha böyük əhəmiyyət kəsb edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Aprel 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri